PDF Oxu

Müxalifət

  • 10

Müxalifətin iflası reallığa çevrilib

Müxalifətin iflası reallığa çevrilib
Artıq neçə illərdir ki, Azərbaycan müxalifəti acınaqlı günlər yaşayır. Bu illər ərzində müxalifət ancaq məğlubiyyətlərlə üzləşib. Bu məğlubiyyət də təbii ki, "bəy"lərin öz səhvlərinin, riyakarlıqlarının nəticəsidir. Çünki özlərini radikal müxalifət hesab edən "bəy"lər - Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digərləri öz çirkin əməlləri ilə siyasi arenada zəif, riyakar müxalifət obrazı yaradıblar. Məhz bütün bunların nəticəsidir ki, həm xalq onlardan üz çevirdi, həm də tərəfdarları dügərgəni tərk etdilər. İndi radikal "bəy"lər tək qalıblar. Çünki müxalifət partiyalarının üzvləri artıq rəhbərlərinin yalanlarına inanmırlar. Çünki müxalif partiya liderləri hər zaman öz tərəfdarlarına yalan, şirnikləşdirici vədlər verməklə məşğul olublar. Onlar xaricə səfərlər edərək, ölkəmizin əleyhinə olan qüvvələrdən vəsait alırlar və respublikamızın əleyhinə kompaniya aparırlar. Bu da Azərbaycançılıqdan uzaq Azərbayacan müxalifətinin "çoxşaxəli fəaliyətlərinin" tərkib hissəsidir. Əvvəldə də, qeyd etdiyimiz kimi, ölkə müxalifəti bütün illəri məğlubiyyətlə başa vurublar.
Özünü "ana müxalifət" hesab edən Müsavat partiyası və partiyanın başqanı İ.Qəmbərov uzun illərdir ki, məğlubiyyətin acısını dadır. Bundan əlavə, hələ də Müsavat daxilində quruplaşmalararası savaş davam etməkdədir. Rauf Arifoğlu, Arif Hacıyev və Vurğun Əyyubov kimi "boss"lar İ.Qəmbərovu həm partiya daxilində, həm də radikal müxalifət düşərgəsində olan-qalan nüfuzundan salıblar. Bundan əlavə, R.Arifoğlu İ.Qəmbərovu "Yeni Müsavat" qəzetininin təsisçiliyindən uzaqlaşdırdı.
AXCP (i)-nin də vəziyyəti heç zaman normal səviyyədə olmayıb. Müsavatın seçkilərdə məğlubiyyətini AXCP (i)-yə də şamil etmək olar. Bundan əlavə, ötən illər ərzində Cəmil Həsənli, Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev kimi partiya funksionerlərinin partiyadan uzaqlaşması da adıçəkilən partiyada vəziyyətin hansı formada olduğunu bir daha göstərdi. Artıq partiya sədri Ə.Kərimov meydanda təklənib və onun digər müxalifət partiyalarının liderləri ilə də münasibətləri qənayətbəxş deyil. Bu il onlar üçün də məğlubiyyət ili olacaq. Digər müxalifət partiyalarında da vəziyyət acınacaqlı olaraq qalmaqdadır. Yəni "MBH", "ACP", ALP, AMİP və digər bu tip siyasi partiyaların sosial bazası iflic vəziyyətdədir. Onlar arasında da hələ qarşıdurmalar, qarşılıqlı ittihamlar səslənməkdədir. L.Hacıyevanın bu il ölkəmizdə keçiriləcək parlament seçkilərinə qatılacağı bildirilir. Görəsən, ötən parlament seçkilərində deputat seçilən, lakin deputatlıq mandatından imtina edən L.Hacıyeva (o, bununla seçicilərə sayğısızlıq nümayiş etdirmiş oldu) hansı üzlə yenidən vətəndaşlardan dəstək istəyəcək? "ACP" adlı partiya demək olar ki, mövcud deyil. Çünki bu partiya ölü doğulub. AMİP isə hələ də sədr problemini həll edə bilməyib.

Digər xəbərlər