PDF Oxu

Müxalifət

  • 9

Bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində də müxalifət məğlub olacaq

Bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində də müxalifət məğlub olacaq
Ölkəmizdə keçirilən bütün seçkilərdən öncə, müxalifət cəbhəsində dəhşətli faciələr baş verir. Məlumdur ki, müxalifətin faciəli həyatı onsuz da ilin bütün dövrlərində davam edir. Lakin bu faciələrin pik nöqtəsi seçki öncəsinə təsadüf edir. Şübhəsiz ki, radikal müxalifət düşərgəsində gedən faciəvi proseslərin müxtəlif səbəbləri var. Həm onların aralarında olan münaqişələr, həm birliyin olmaması, həm də bir-birlərinə qarşı olan nifrətləri, kinləri və digər məsələlər müxalifət düşərgəsində faciə yaradan səbəblərə daxildir. Bütün seçkilərdə xalqımızın ən çox güvəndiyi, millətimizə xidmət edən Yeni Azərbaycan Partiyası qələbə qazanıb. İstər seçkidən öncə və istərsə də seçkidən sonra müxalifətçilər öz əməlləri ilə özlərinin çirkin niyyətlərini ifşa ediblər. Xalq müxalifət düşərgəsində olan ünsürləri qəbul etməyib. Bu ilin sonunda Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərin tam şəffaf keçirilməsi üçün dövlətimiz bütün tədbirləri həyata keçirir. Lakin öncədən özlərinin məğlubiyyətini bilən və bunu qəbul etməkdə çətinlik çəkən müxalifət partiyaları, istər Müsavat, istər AXCP (i), istər ALP, istərsə də digər partiyalar seçki öncəsi müxtəlif yalançı məlumatlar yaymaqla, insanları iğtişaşlara sövq etməklə məşğuldurlar. Xüsusən də, Müsavat partiyasının başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov xarici qrantlar alıb bəzi bölgələrdə iğtişaşlar yaratmağa cəhd göstərirlər. Onlar bu seçkilərə də zəif halda, öncədən məğlub durumda hazırlaşırlar. Belə vəziyyətlə hazırlaşmaqdansa hazırlaşmamaq daha yaxşı olardı. Amma biabrçı vəziyyətə düşməyə adət edən bu radikallar yenə də seçkidən sonra biabır olmağa hazırlaşırlar. Onu da qeyd etmək lazımdı ki, belə acınacaqlı vəziyyətlə bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən müxalifət partiyaları yenə məğlub olacaq. Amma ölkə vətəndaşları əmindirlər ki, bütün seçkilər kimi, 2010-cu ildə keçiriləcək seçkilər də şəffaf keçiriləcək və heç kimdə şübhə yoxdur ki, bu seçkidə də xalqın əbədi inamını qazanan hakim partiya olan Yeni Azərbaycan Partiyası qələbə qazanacaq. Müxalifətçilərin isə yalan danışaraq, özlərini yormaları əbəsdir.

Digər xəbərlər