PDF Oxu

Müxalifət

  • 7

Primakovun “uşaqları”nın yeni məxfi adları üzə çıxır

Primakovun “uşaqları”nın yeni məxfi adları üzə çıxır
Dövr və zaman dəyişsə də, insanın üzərində olan qara xətlər silinmir. Əksinə, vay o günə ki, həmin insan siyasətdə olanda, müəyyən iddialara malik ola. Həmin şəxs opponentləri tərəfindən daim tənqid olunacaq, ittihamlara tuş gələcək. Necə ki, 1988-1993-cü illərdə baş verən anarxiya və başıpozuq dövrdə müəyyən məsələlərdə öndə olan indiki müxalifət liderləri hər zaman tənqid və təhqir olunurlar. Çünki bu şəxslər o dövrdə ciddi səhvlərə yol veriblər. Bununla yanaşı, müəyyən qüvvələrin sifarişlərini yerinə yetirməklə, onların Azərbaycandakı təmsilçiləri rolunda çıxış ediblər. Bu da xalqımızın bir sıra məsələlərdə və proseslərdə faciələrlə üzləşməsinə gətirib çıxarıb. Misal kimi, 1990-cı ilin 20 Yanvarında baş verən qanlı olayı, 1992-ci il 16 may dövlət çevrilişini, 1993-cü il 4 iyun qiyamını, eləcə də, Qarabağda faciələrin yaşanmasını göstərmək olar. Kimlərdir hazırkı müxalifəti idarə edən və onlara yol göstərib, Azərbaycan xalqına və dövlətinə bəlalar yaşatmağa təhrik edən? Eyni zamanda, Azərbaycanda BU KİMLƏRİN təmsilçiləri rolunda çıxış edən partiya sədrləri hansılardır? Söz yox ki, bunu bilmək üçün münəccim olmağa da ehtiyac yoxdur. Ən azı ona görə ki, 1988-1993-cü illərdə xalqımıza faciələr yaşatmış partiya sədrlərinin kimliyi hər kəsə bəllidir. Bu simasızlar isa qəmbərovlar, əli kərimovlar, etibar məmmədovlar, pənah hüseynovlar və bu kimi satqın və xəyanatkarlardır. Bu yaramazlar Primakovun, Kryuçkovun, Qorbaçovun, Rıjkovun və digər o vaxtkı SSRİ rəhbərliyinin tapşırıqlarını yerinə yetirməklə, dövlətimizi parçalamağa, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmağa çalışmışlar. Ancaq bəd niyyətlər, xəbis arzular onların ürəyində qaldı. Çünki vətənpərvər, millətçi oğul və qızlarımızın mərdliyi, mübarizliyi sayəsində dövlətimiz müstəqilliyini möhkəmlətmiş, Azərbaycan adı dünyanın aparıcı dövlətlər sırasına daxil edilmişdir. O zamankı bəd əməllərinə görə, satqın, xəyanətkar müxalifət bu gün də ittiham hədəfinə çevrilməkdədir. 1989-1990-cı ilin meydan qəhrəmanlarından olan Nemət Pənahlı məsələni daha kəskin qoyur. O, xalqı uçuruma aparmaq istəyənlərin "KQB" agentləri olduğunu iddia edir. Hətta N.Pənahlı İ.Qəmbərovun "KQB" arxivlərində məxfi adının "Kobra" olduğunu qeyd edir. Düzdür, həqiqət ondan ibarətdir ki, İ.Qəmbərovun yeni adının peyda olması KİV-lər üçün maraqlı görünə bilər. Çünki Primakovun "uşaqları" sırasında İ.Qəmbərovun müxtəlif adları arasında "Kobra" adına rast gəlinməyib. Amma ilk dəfə olaraq, "Səs"ə açıqlama verən N.Pənahlı "KQB" arxivləriində İ.Qəmbərovun adının, həm də "Kobra" olduğunu iddia edir. Düzdür, ASDP həmsədri Araz Əlizadə də N.Pənahlının özünün "KQB"-yə satılan şəxslərdən olduğunu bildirir. Onun sözlərinə görə, Milli-azadlıq hərəkatı dövründə N.Pənahlını məxfi olaraq, "sınok" deyə çağırmışlar. A.Əlizadə bizimlə söhbətində qeyd etdiyi faktın əsaslı olduğunu və bunu hər zaman sübut etməyə hazır olduğunu bildirib. Bir sözlə, müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri bir-birini ifşa edən yeni faktları ictimaiyyətə açıqlamaqdadırlar.

Digər xəbərlər