PDF Oxu

Müxalifət

  • 8

AXCP əməkdaşlıqla bağlı “Azadlıq” bloku və Müsavat Partiyası ilə danışıqlara başlayıb

AXCP əməkdaşlıqla bağlı “Azadlıq” bloku və Müsavat Partiyası ilə danışıqlara başlayıb
2010-cu ildə parlament seçkiləri olduğundan partiyalar artıq bu istiqamətində fəaliyyətə keçib. Bin neçə partiya seçki ilə bağlı ilk toplantilarını da keçirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sədr müavini Həsən Kərimov SİA-ya açıqlamasında bildirib ki, yanvar ayının sonunda partiyanın Reyasət Heyətinin toplantısı keçiriləcək. Qəbul olunan fəaliyyət planı daha sonra partiyanın Ali Məclisinə göndəriləcək. Partiya "Azadlıq" bloku, eyni zamanda Müsavat Partiyası ilə əməkdaşlıqla bağlı danışıqlar aparır. Namizədlərin müəyyənləşdirilməsində ilkin olaraq digər partiyalarla əməkdaşlığın hansı formada olması, əmkdaşlıqla bağlı danışıqların nəticəsi mühüm əhəmiyyət kəsb edəcək. Demokratik Azərbaycan Dünyası Partiyası Məmməd Əlizadə bildirib ki, keçən həftə İdarə Heyətin toplantısı keçirilib və partiya sədrinin seçki məsələləri ilə məşğul olan müavini vəzifəsi yaradılıb: "Seçkilərə ciddi şəkildə yanaşırıq və hazırlığımız da bu istiqamətdə gedir. Partiyanın seçki qərargahı yaradılır və İdarə Heyətinin bütün üzvləri rayonlardakı təşkilatlarımıza ezam olunub. Onlar yerli təşkilatlarımızın seçki hazırlığı ilə bağlı fəaliyyətini yaxından izləyəcəklər. Həftənin birinci günündən etibarən rayon təşkilatlarımızın rəhbərləri Bakıya dəvət olunacaq. Onlar partiyanın seçki istiqamətindəki fəliyyət planı ilə yaxından tanış olacaqlar. Namizədlərin müəyyənləşdirilməsi istiqamətində də işlər aparılır. Həmçinin çalışırıq ki, partiya tərəfindən seçki dairələrinə və məntəqələrinə yerləşdirilən müşahidəçılər, səlahiyyətli nümayəndələr təsadüfi adamlar olmasın. Çalşmalıyıq ki, qarşıdan gələn parlament seçkiləri demokratik tələblərə tam cavab versin".

Digər xəbərlər