PDF Oxu

Müxalifət

  • 12

ADP Müsavatla “Ümid” partiyasına qarşı dayanıb

ADP Müsavatla “Ümid” partiyasına qarşı dayanıb
Bələdiyyə seçkilərindən dərhal sonra müxalifət düşərgəsində yaranmış biabırçı durumu sığortalamaq məqsədilə süni canlanma yaradılmasına cəhdlər edilməkdədir. Bir sıra müxalifət partiyaları məhz bələdiyyə seçkisində, sonra dərin təlatüm yaşamalarına rəğmən özlərinin daha dayanıqlı olduqlarını göstərməyə çalışırlar. Bir çox mətləblərdə isə, müxalif yetkililər öz həmkarlarını ittiham etməklə, müəyyən görüntü yaratmağa çalışırlar. Amma bütün bunlar da, müxalifətin düşmüş olduğu durumun sonu demək deyil. Çünki indi düşərgə daha təlatümlü bir şəraitdədir. Qeyd etdiyimiz kimi, bəzi müxalif partiyalar gözdən pərdə asmaq məqsədilə, məhz bələdiyyə seçkilərindəki biabırçı məğlubiyyətlərinin ardınca guya bu il keçiriləcək parlament seçkilərinə hazırlaşırlarmış kimi məsələləri ortaya atıb, müəyyən diskussiyalar yaratmaq istəyinə düşüblər. Amma həmişə olduğu kimi, bu dəfə də onların bu riyakarlıq və şəxsi xislətə söykənən addımları bir-birlərinin başında çatlamalı oldu. Əksər yetkililər isə hələ qarşılaşmış olduqları durumu başa düşməmiş, yeni bir prosesə hazırlaşmaq barəsində səslənən fikirlərə heç əhəmiyyət belə vermədilər. Bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilrində də cəmiyyətin hiddəti ilə qarşılaşan müxalifət bu il keçiriləcək parlament seçkilərində daha mütəşəkkil şəkildə iştirak məsələsini gündəmə gətirdi. Nədənsə, bu dəfə hamıdan əvvəl müxalifətin baş bəlası sayılan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu zirək tərpənərək, ümumi müxalifətin blokunun yaradılması təklifi ilə çıxış etdi. Onun nə məqsəd və məramla bu təkliflə çıxış etməsini isə müxalifət düşərgəsində hələ də, başa düşən tapılmayıb. Sadəcə olaraq, düşərgədə adət halına çevrilmiş bir məsələ var ki, kim hansı məsələ ilə bağlı hamıdan əvvəl danışsa, mütəq onun "ağzına vurulmalıdır." Bu prinsip isə bu dəfə S.Cəlaloğlunun başında çatlamalı oldu. Çoxdandır başqa-başqa işlərlə məşğul olan S.Cəlaloğlu bu dəfə əməlli-başlı ilişdi. Öz dilinin bəlasına düşən ADP sədrinin indi bostanında, sözün əsil mənasında, həmkarları turp əkir. Sadəcə olaraq, ona demək lazım idi ki, "ay Sərdar! Sənə müxalifətin birliyi lazım deyil axı. Niyə boğazdan yuxarı danışırsan?" Elə bu məsələ, deyəsən, hələ uzun zaman Sərdar "bəy"in başını ağrıdacaq. Çünki Müsavat başqanı artıq iki aydır ki, onun adından danışmaq səlahiyyətlərini partiyanın icra aparatının rəhbəri Arif Hacıyevə verdiyindən, o da, S.Cəlaloğlunu "topa tutmağa" başlayıb. A.Hacıyev indiki məqamda müxalifət düşərgəsinə heç bir blok və ya birliyin lazım olmadığını bildirib. Qeyd edib ki, düşərgə daxilində kifayət qədər blok və birliklər mövcuddur. "Nə vaxt biz müxalifət partiyaları olaraq, bu birliklərin fəaliyyətini normal səviyyəyə çatdıra bildik" - deyən A.Hacıyev S.Cəlaloğluna daha ağıllı işlərlə məşğul olmağı tövsiyə edib. Bunun ardınca isə "Ümid" partiyasının sədri İqbal Ağazadə də, S.Cəlaloğlunu sərsəm ideyalardan uzaq durmağı məsləhət görüb. Bildirib ki, S.Cəlaloğlu olsa da, olmasa da, desə də, deməsə də, müxalifət düşərgəsində birliklər olub və olacaq. Ona görə də, özünüreklama söykənən təkliflərin arxasında hansı maraqların dayandağını artıq hər kəsin bildiyini söyləyən İ.Ağazadə ADP sədrini müxalifətə xəyanətdə suçlayıb. Bütün bunları özünə qarşı paxıllıqdan və qsıqanclıqdan başqa bir şey adlandırmayan S.Cəlaloğlu isə hamıdan daha çox İ.Ağazadənin ona qarşı çevrilməsindən təəssüfləndiyini bildirib. "Ümid" partiyasına Müsavatdan güvən daha çox idi. İnanırdım ki, mənim təklifim İqbal "bəy" tərəfindən daha müsbət qarşılanar" deyən S.Cəlaloğlu olanların arxasında başqa mətləblərin dayandığını dilə gətirib.

Digər xəbərlər