PDF Oxu

Müxalifət

  • 10

Zərdüşt Əlizadə: “Ermənistan uydurma “erməni soyqırımı”nı dünyada təbliğ etməklə özünün apardığı işğalçılıq siyasətini ört-basdır etmək istəyir”

Zərdüşt Əlizadə: “Ermənistan uydurma “erməni soyqırımı”nı dünyada təbliğ etməklə özünün apardığı işğalçılıq siyasətini ört-basdır etmək istəyir”
"Uydurma "erməni soyqırımı"nı qəbul edən ölkələrin sayının artması Ermənistana heç nə verməyəcək". Bu sözləri uydurma "erməni soyqırımı"nın bir neçə ölkə tərəfindən qəbul edilməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan bütün dünya ölkələrinə "erməni soyqırımı"nı tanıtdırsa belə onu Türkiyəyə qəbul etdirə bilməz: "Ermənistan uydurma "erməni soyqırımı"nı dünyada təbliğ etməklə özünün apardığı işğalçılıq siyasətini ört-basdır etmək istəyir". "Ermənistan Beynəlxalq hüquq normalarını pozur və Beynəlxalq ictimaiyyətlə hesablaşmır. Buna görə də soyqırım məsələsini qabardaraq öz siyasətini arxa plana salmaq istəyir. Vaxtilə İsrail də eyni siyasət yürüdüb. Yaxın Şərqdə soyqırım siyasətini həyata keçirən dövlət Xalakos soyqırımını qabartmaqla öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq prosesinə start verdi",- deyə politoloq qeyd edib.

Digər xəbərlər