PDF Oxu

Müxalifət

  • 11

Etibar Məmmədovun biznes fırıldaqları üzə çıxır

Etibar Məmmədovun biznes fırıldaqları üzə çıxır
Uzun müddətdir ki, özünü hər şeydən uzaq tutmağa çalışan keçmiş AMİP sədri, hazırda isə özünü partiyanın lideri kimi qələmə verən Etibar Məmmədovun, əslində, siyasətçi deyil, sadə bir ticarətçi olduğu indi-indi üzə çıxır. Azərbaycanda 90-cı illərin əvvələrində özünü siyasi arenada bənzərsiz kimi görən Etibarın "bəy"in hansı yuvanın quşu olduğu da sonralar ictimaiyyətə bəlli oldu. O vaxtlar ağzına çullu dövşan sığmayan E.Məmmədovun 1997-ci ildə əslən Türkiyənin İqdır şəhərindən olan Azərbaycan kökənli Əlisuad Araydır adlı iş adamı ilə ortaq olaraq bir çox ticarət işlərini reallaşdırdığı fakt imiş. 90-cı illərdə Türkiyədə zəngin insanlardan olan Ə.Araydır AMİP lideri ilə Türkiyədə, İraqda, Türkmənistanda, İranda ticarət obyektləri yaradaraq, iş birliyi qurduqları barədə inkarolunmaz faktlar mövcuddur. Maraqlısı isə ondan ibarətdir ki, ara-sıra öz məşğuliyyətindən başı açılan E.Məmmədov ölkə siyasətinə də burnunu soxmağa macal tapıb. Etiraf etmək lazımdır ki, bəzi hallarda onun bu iştahası bir çox məqamlarda reallığa çevrilib. Çünki müxalifətdə olan həmkarları Etibarın nə işlə məşğul olduğunu bilə-bilə ona siyasətə girməməyi tövsiyə etmələri AMİP liderinin keyfinə soğan doğrayıb. Elə bu səbəbdən də, E.Məmmədov zaman-zaman müxalifət düşərgəsində olan qüvvələri pul və ya digər vasitələrlə ələ alaraq, öz maraqları naminə istifadə etməyə çalışıb. Düşərgədə ona qarşı sərt mövqe sərgiləyən partiyalara qarşı, xüsusən də, AXCP (i), Müsavat, "KAXCP"-yə qarşı əməliyyatlar keçirən E.Məmmədov sonralar həmin qurumların rəhbərlərini də zərərsizləşdirmək barəsində də düşünməli olur. Bu məqsədlə də, AMİP lideri kənar qüvvələrin imkanlarından istifadə etmək niyyətini qarşısına qoyur. Amma nədənsə onun bu istəyi müəyyən mənada baş tutmur. Çünki özünü təklənmiş görən E.Məmmədov siyasətdən getmək barəsində qarar verir. Doğrudur, onun bu gedişi, sadəcə olaraq, dildə son gediş olsa da, əslində, Etibar "bəy"in yenə də bir barmağı müxalifəti çalxalamaqda idi. Öz növbəsində isə, müxalifət təmsilçiləri də E.Məmmədovun qarşısında boş dayanmadılar. Onlar da öz imkanlarından istifadə etməklə AMİP-dən bir neçə qüvvənin qopmasını reallığa çevirdilər. Buna misal olaraq hazırkı "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev, onun ardınca isə Ayaz Rüstəmovun AMİP-dən qopması da E.Məmmədova qarşı zərbənin növbəti raundu idi. İndi isə özünün biznes planlarına başı qarışmış E.Məmmədov, yenə də xislətinə sadiq qalaraq, arada müxalifət düşərgəsində olan proseslərə başını qatmaqla niyyətini gizlədə bilmir. Onun liderlik etdiyi partiya isə günü-gündən fəaliyyət imkanlarını itirir.

Digər xəbərlər