Mubariz Əhmədoğlu: “Serj Sarkisyanın Ermənistan xalqına müraciətində Dağlıq Qarabağın adını çəkməməsi onların mövqeyində geri çəkilməsi deməkdir”
"Hazırda dünyada əsas proseslər İranın uranın zənginləşdirməsi prosesi ətrafında cərayan edir". SİA-nın məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu 2009-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Mərkəzi Asiya reginonunda baş verən proseslərə toxunan politoloq bildirib ki, hazırda bu regionda əsas proseslər Türkmənistan ətrafında həyata keçirilir: "Hazırda Türkmənstan Çinə qaz ixrac etmək üçün 6 min kilometrlik qaz kəmərini istismara verib. Lakin burada qazın qiymətləri məlum deyil. Türkmənistan İrana qaz satışı prosesini də uğurla həyata keçirdi. Amma Rusiya ilə qaz razılaşmasını uğurlu saymaq olmaz. Rusiya ilə qazın qiyməti müqavilədə 195 dollar göstərilir". Politoloq deyib ki, Türkmənistan hansı siyasət aparmasından asılı olmayaraq Qərb və Amerika daima onun yürütdüyü siyasətə dəstək verir: "Baxmayaraq ki, bu ölkənin enirji ilə bağlı bütün addımları Qərbin və Amerikanın əleyhinədir".
Cari ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün uğursuz olacağını düşünən M.Əhmədoğlu Ermənistanın hazırda bu təşkilatdan uzaqlaşmaq siyasti həyata keçirməsinə diqqət çəkib: "Ermənistan hazırda Türkiyə və Çinlə yaxınlaşma siyasəti həyata keçirir. Bu da Ermənistanın hesabına KTMT-ni ən perspektivsiz təşkilat olmasına sürükləyir". Regionda gedən enerji layiləri ilə bağlı politoloq bildirib ki, Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələrində durğunluq yaşanır.Münqişənin həlli üçün Azərbaycanın siyaasi, diplomatik, iqtisadi və hərbi imkanlarından geniş istifadə edilməsinin zəruri olduğunu qeyd edən politoloq son zamanlar Ermənistanın mövqeyində geriləmər olduğunu deyib: "Serj Sarkisyanın dekabrın 31 də Ermənistan xalqına etdiyi müraciətində Dağlıq Qarabağın adını çəkməməsi onların mövqeyində geri çəkilməsi deməkdir".
Son olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2010-cu ildə çox böyük gözləntilər gözlənilir deyən politoloq bildirib ki, Azərbaycanın çox ciddi uğur əldə etməyinə böyük potensial var.