2009-cu il də müxalifət üçün rüsvayçı illədən biri kimi yadda qaldı
İnsan o zaman özünü lazımsız, gərəksiz hesab edir ki, həmin vaxt səsləndirdiyi istənilən fikir, təklif boş və mənasız ideya kimi rədd edilir. Fikrini məcburən ictimai rəyə yeritmək də münkün deyil.
Çünki bu zaman məzxərəyə qoyulur, gülüş obyektinə çevrilirsən, ittihamlara tuş gəldiyin məqamlar da ola bilər. Bu isə, o deməkdir ki, susmağın zamanıdır, danışmaq, təklif və ideya irəli sürmək mənasızdır. Vay o günə ki, siyasətdə olasan və yüksək iddialarda bulunasan. Boşboğazlıq edib, ardıcıl ideyalarla çıxış edəsən və bu ideyaların çevrən tərəfindən belə qəbul olunmadığını başa düşəsən. Bax, əsil faciə bundadır. Yəni anlaşıqlı şəkildə, özünü qara qəpiklik edirsən və bunun da fərqinə varmırsan. Əksinə, sənə hörmətsizlik gətirən texnologiyanı həyasızcasına davam etdirirsən. Bu sadaladığım kriteriyaları Azərbaycan müxalifətinin timsalında açıq şəkildə görmək olar. Siyasətdə olduqları dönəmdən bu günə qədər, cüzi belə uğur əldə etmədikləri halda, ənənəvi amplualarında davam etməkdədirlər. Ağa qara demək, görülən yüksək naliyyətləri heçə endirməyə çalışmaq radikal müxalifətin ənənəvi fəaliyyət növüdür. Onları bu yoldan çəkindirmək də qeyri-mümkündür. Çünki müstəqil deyillər. Yəni müxtəlif xarici maraqlı qüvvələrdən asılıdırlar. Məhz bu cür asılılıq radikalları cəmiyyətdə gedən ictimai-siyasi proseslərdən kənarda qalmasına gətirib çıxarıb. Bütün seçkilərdən acınacaqlı məğlubiyyətlə çıxmalarının kökündə xalqın onları qəbul etməməsi dayanır. Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində müxalifətin cüzi belə bələdiyyə yeri əldə etməməsidə xalqın müxalifəti qəbul etmək fikrində olmadığını bir daha təsdiqlədi. Radikal müxalifət isə xalqa, dövlətə zidd siyasətlərini davam etdirməkdədir. Buna əyani misal olaraq, beynəlxalq təşkilatlara Azərbaycan dövləti əleyhinə yönələn "donos"lar göndərmələrini göstərmək olar. Bununla yanaşı, radikal müxalifətçilər sahibi olduqları mətbu orqanlarda bələdiyyə seçkiləri ilə bağlı şər-böhtan xarakterli yazılar da dərc etdirirlər. Bu isə müxalifətin yaramazlığının əyani sübutu kimi dəyərləndirilir.