PDF Oxu

Müxalifət

  • 10

Pənah Hüseynov Müsavat başqanı olmaq istəyir

Pənah Hüseynov Müsavat başqanı olmaq istəyir

Son vaxtlar müxalifət düşərgəsində olduqca maraqlı olaylar baş verməkdədir. Bu gün bir-birlərinə dost olan müxalifət yetkililəri səhərisi gün qatı düşmənlərə çevrilirlər. Artıq 17 ildir ki, Azərbaycan cəmiyyəti bu cür halların şahidi olur. Ona görə də, müxalifət düşərgəsində baş verənlər cəmiyyəti zərrə qədər də olsun maraqlandırmır.

Sadəcə olaraq, bu düşərgədə olanlar öz aləmlərincə aralarında gərginlik yaratmaqla diqqəti özlərinə yönəltmiş olurlar. Bu isə kökündən yanlış və səhv bir seçimdir.
Reallıqda müxalifət yaşadığı dövrlərdə cəmiyyətin daha kəskin mövqeyi ilə qarşılaşır. Bunu düşərgə təmsilçilərinin qatılmış olduğu seçki proseslərindən də açıq şəkildə görmək mümkündür. Sadəcə olaraq, müxalifət öz istək və arzularanı reallaşdırmaq üçün hələ də öz mövcudluğunu saxlamaqda israrlıdır. Əgər belə olmasaydı, düşərgədə ara qarışdarmaqda ad çıxarmış keçmiş "AXP"-nin keçmiş sədri Pənah Hüseynov indi də Müsavat başqanı olmaq iddiasına düşməzdi.
Xatırladırıq ki, P.Hüseynov dəfələrlə Müsavat partiyasının Divan iclaslarında və daxili toplantılarda məcburi olsa da, iştirak edib. Doğrudur, bu hala qarşı çıxanlar olsa da, nəticə dəyişməz olaraq qalıb. İndi isə partiyanın hər kücündə müzakirə olunaraq, aşkarlanan məsələdən agah olan P.Hüseynov artıq qurumu özü idarə etmək barəsində müəyyən təkliflərlə çıxış edib. Eyni zamanda, bu istəkdə olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da İ.Qəmbərovun getməyi müqabilində hər hansı bir şəxsin müqəvva kimi başqanlıq kreslosunda əyləşməsinə razılıq verib. R.Arifoğlu hazırda ölkədə olmasa da, partiya daxilində olan məsələlərdən öz əlaltılarının vasitəsi ilə xəbərdar ola bilir. P.Hüseynovun da başqanlığa gətirilməsində maraqlı olanlar da vardır. Bir məqamı da vurğulayaq ki, Müsavat Divanın toplantılarında da davamlı şəkildə məsələlərə və müzakirə olan mövzulara öz münasibətini bildirən P.Hüseynov müəyyən hallarda daxili çəkişmələrin də əsil səbəbkarı olub. Dünənə qədər İ.Qəmbərova sığınan P.Hüseynov onun Qubad İbadoğlunu varis kimi elan etməsindən sonra başqandan üz döndərib. Elə bu vaxtdan da ona qarşı bütün tərəflərdən antikampaniya aparmağa başlayıb.
P.Hüseynovun iddialarına görə, 17 ilə yaxındır ki, Müsavata başqanlıq edən İ.Qəmbərov partiyanın istənilən bir prosesdə uğur əldə etməsinə nail ola bilməyib. Sadəcə olaraq, siyasi "mədəniyyət" naminə, həmişə addım atmağa hazır olan İ.Qəmbərovun, əslində, bu işlərdən bixəbər bir adam olduğunu bildirən P.Hüseynov siyasətlə ancaq bu məsələlərdən başı çıxan adamın məşğul olmasını tövsiyə edib. Özünü siyasətdə "azman" adlandıran Pənah "bəy", sadəcə olaraq, adi mədəniyyət qabiliyyətinə malik olmadığını nədənsə bu aralarda tamam unudur. Elə pənahı da, isası da, əlisi də hamısı bir bezin qırağıdırlar. Bu aralarda isə Müsavatda sözün əsil mənasında İ.Qəmbərova qarşı qara piar işə düşüb. Bütün bunlar isə onu göstərir ki, yaxın zamanlarda ya İsa siyasətdən, ya da ki, Müsavat partiyası siyasi arenadan silinəcək. Çünki həm düşərgə daxilində olan mövcud ziddiyyətlər, həm də Müsavat partiyasının düşmüş olduğu situasiya bunu deməyə əsas verir.

Digər xəbərlər