PDF Oxu

Müxalifət

  • 10

Zərdüşt Əlizadənin ermənipərəst mövqeyi

Zərdüşt Əlizadənin ermənipərəst mövqeyi
Azərbaycan müxalifətinin liderlərinin sahibi olduqları qəzetlər vasitəsilə dezinformasiyalar yaymaları artıq təəccüblü hal deyil. Lakin son vaxtlar bəzi siyasilər xarici mediadan da geniş istifadə etməyə başlayblar. Yenə bu media ququmları obyektiv və qərəzsiz olsaydı, dərd yarıydı. Bu antimilli qüvvələr qəsdən elə xarici KİV-ləri seçirlər ki, onlarda Azərbaycan əleyhinə nə desən və nə qədər desən danışmaq mümkündür.
Azərbaycanda adını müxalifətçi qoyan belə siyasətbazlar çoxdur. Belə siyasətbazlardan biri də üzdəniraq politoloq və xarici qüvvələrin rezidenti Zərdüşt Əlizadədir. Bu günlərdə Z.Əlizadə İranın "Səhər" telekanlına mühasibə verib. Politoloq anti-Azərbaycan mövqeyinə görə, tamaşaçıları lap təəccübləndirib. Bu adam "ağızını açıb-gözünü yumub". Elə bil ölkədə yaşamır, bir dənə yaxşı bir iş görmür, sən demə ölkə "batıb-gedirmiş". Bu da bir vətənpərvər adam kimi, Azərbaycanın yaxşılığını istəyirmiş kimi görkəm alıb və başlayıb cəfəngiyyat kanalından çərənləməyə.
Çıxış etdiyi telekanalın təmsil etdiyi ölkədə demokratiya deyilən şeyin, ümumiyyətlə, olmadığını yaxşı bilən siyasətçi bunu söyləməyə özündə cəsarət tapmayıb. Necə desin, Moskva və Tehranın Bakıda baş rezidenti vəzifəsini o zaman başqasına verərlər axı. Bu adamın ölkə siyasətində tükənməsi və meydandan qovulmasının günahkarı Azərbaycan xalqı və ya ölkə iqtidarı deyil. Özünün və ideologiyasının iflası, zamanın gərdişi və dövranın gəcrəftarıdır.
Sosial-demokrat ideologiyasının iflasından sonra, özünü politoloq kimi təqdim edən Z.Əlizadə indi də özünü yeni ampluada sınamaq qərarına gəlib. Bu dəfə sosial-demokrat QHT sektoruna girişib. Yəni, kabab, üzr istəyirəm qrant iyinə gəlib.
"Səhər"dəki çıxışından sonra ciddi ictimai qınağa məruz qalmayan siyasətbaz bundan ruhlanaraq, ardınca bəzi saytlarda da müsahibə verib.
"Sosial-demokratların əsas elektoratı muzdlu əməklə məşğul olanlardır"-deyən yeni "qeheteşnik"ə "Azərbaycanda da muzdlu əməklə məşğul olan çoxdur. Ancaq niyə Sosial-Demokrat Partiyası güclü bazaya sahib ola bilmədi?"-sualı veriləndə isə belə cavab verib: "Siz deyirsiniz çoxdur, ancaq bu çoxun sinfi şüuru yoxdur. İnsanlar sinfi, şəxsi, bir çox hallarda isə milli mənafelərini dərk eləmirlər". Xalqı şüursuz, qanmaz kütlə hesab edən adamdan nə gözləmək olar? Milli mənafe o zamankı liderin Ayazçik kimi Moskavanın qulu olmağamı deyirlər, əzizim.
Hələ görün, Zərdüşt əfəndi daha nə deyir: "Mən "Münaqişələrdə informasiyaların rolu" adlı bir sənəd hazırlamışam. Yəni kütləni qızışdıran, soyudan alət. İnformasiya ilə kütləni qızışdırmaq da olar, sakitləşdirmək də. Hətta kimdənsə xoşun gəlmirsə, onun haqqında şayiə yaymaq da. Mən bunu öz təcrübəmdə görmüşəm. İnsafən, düz deyir, onun belə təcrübələri çox olub- heç bir effekt verməsə də.
Politoloq müxalifətin düşdüyü duruma da toxunub: "Parlament seçkilərinə bir ildən az vaxt qalır. Ancaq müxalifət cinahında bir hərəkət yoxdur. Bizdə, adətən, son üç ay qalana qədər partiyalar bir-birini söyür, dalaşır, itələşirlər. Üç ay qalmış ayılırlar, onda da gec olur. Mən dəfələrlə yazmışam ki, bu, çox qeyri-ciddi yanaşmadır.
Müsahibənin ən maraqlı məqamı isə qarşıdadır: "Mən hələ 1988-ci ildə ermənilərin özlərinə də demişəm ki, dünyada müxtəlif dinlərə mənsub bu qədər bir-birinə oxşayan iki xalq yoxdur. Mən ermənilərə və azərbaycanlılara deyirəm ki, sizin mədəni miras üstündə davanız mənə gülünc gəlir. Məsələn, "Sarı gəlin" erməni mahnısıdır, yoxsa Azərbaycan? Bu, hər ikimizin mahnısıdır. Bu mahnı bizim tariximizin bu qədər müştərəkliyini göstərən bir amildir".
Sosial-demokrat ermənilərə kompliment göndərməyi də unutmayıb: "Sayat Nova böyük şairdir. Şeirlərinin 67 faizini türkcə yazıb. Yəni, bu adam Cənubi Qafqazın şairidir, həm də bizim şairdir. Amma biz erməni olduğuna görə deyirik ki, Sayat Nova erməni şairidir. Bu, gülünc bir şeydir və mənasız mövqedir. Tarixmiz bir olub, bizdə erməni dilini yaxşı bilən insanlar var, ermənilər də bizim dili bilirlər. Bakıda yaşayan ermənilər Azərbaycan mədəniyyətinə töhfələr veriblər".
Bir yana baxanda, adamı qınamaq olmur. Çörəyi rusdan- erməninin havadarından çıxır. Əgər belə danışmasa, Moskava onu saxlayarmı? Azərbaycan xalqı tolerant xalqdır, belə sözlərə görə, heç nə deyəsi deyil. Lakin, erməniləri razı salmasan rus qardaşlarına deyərlər, durumun kötü olar. Bu səbəbdən də, Z.Əlizadə o qədər qınamayaq- çörək məsələsinə görə.

Digər xəbərlər