Müxalifət düşərgəsi gərginlik yaşayır
Müxalifət düşərgəsində hələ də gərginlik yaşanmaqdadır. Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, "Ümid" partiyasının sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digərlərinin mənsub olduqları radikal düşərgə elə bəlaya tutulub ki, dərdinə heç bir əlac yoxdur.
Çünki çirkin əməllərlə məşğul olan radikal "bəy"lər özlərini və həmçinin, rəhbərlik etdikləri partiyaları (artıq bunlarda partiyalıqdan əsər-əlamət qalmayıb) bəlalarla üz-üzə qoyub. Xatırladaq ki, düşərgəyə daxil olan partiyalarda vəziyyət kritik haldadır. Yəni xalqın dəstəyini ala bilməyən, sosial bazası olmayan ölkə müxalifəti iflic, daha doğrusu, ölü vəziyyətdədir. Müsavat başqanı İ.Qəmbərov özünü bu qarşıdurmalardan kənarda tutmaqdadır. Belə ki, "Yurd" şefi Ə.Kərimovdan fərqli olaraq, Müsavat başqanı özünü elə göstərir ki, sanki o, qarşdurmalardan uzaqdır. Lakin bütün düşərgədəki qarşıdurmaların səbəbkarı İ.Qəmbərovdur. Müsavat başqanının hər bir zaman digər radikal müxalifət partiyaları və onların sədrləri ilə münasibəti gərgin olub. O, bir gün "yoldaş" dediyi Ə.Kərimovu, bir gün də "MBH" lideri L.Hacıyeva ilə "Ümid" partiyasının sədri İ.Ağazadəni hədəfə alır. Lakin proseslərə, daha doğrusu, qarşıdurmalara gah Arif Hacıyevi, gah da Pənah Hüseynovu cəlb edir. Yəni adlarını çəkdiyimiz şəxslərin vasitəsi ilə biri-birilərini ittiham etməklə, gündəmdə qalmağa çalışırlar. Növbəti qarşıdurma P.Hüseynovla müxalifət partiyaları arasındadır. Hər iki tərəf hər zaman qalmaqalları, ittihamları ilə yadda qalıb. P.Hüseynov müxalifət liderlərini 2003-cü il prezident seçkilərində müxalifətin məğlubiyətində və.s ittiham etdi.