PDF Oxu

Müxalifət

  • 14

Eldar Namazov müxalifəti tənqid hədəfinə çevirib

Eldar Namazov müxalifəti tənqid hədəfinə çevirib
Bələdiyyə seçkiləri yaxınlaşdıqca, radikal müxalifət partiyaları arasında hökm sürən vəziyyəti daha da kəskinləşdirir. Müxalifət liderlərinin bir-birinin ünvanına ittihamlar səsləndirməsi, eləcə də, partiya üzvlərinin hadisələrdən narazı qalaraq düşərgəni tərk etmələri rəhbərlik üçün daha ciddi problemlər yaradıb. Vaxtilə özlərini ölkənin ən yüksək kürsülərində təsəvvür edən radikal partiya rəhbərləri mərkəzdənqaçma siyasətinin qarşısını almaqda acizlik nümayiş etdirirlər. Belə çətin bir məqama məhkum edilən bu şəxslərin sonradan "dirilib" bu seçkilərdə hər hansı bir siyasi yarışmaya qatılması, onlar üçün müsbət heç nə vəd etmir. Bir sözlə, onların siyasi arenadakı mövcud durumu heç də ürəkaçan deyil.
Hələ bunlar azmış kimi, daxildə mövqe uğrunda gedən qızğın və lüzumsuz mübarizələr də radikalları gülünc vəziyyətinə salıb. Daxili didişmələrdən əl çəkməyən radikal müxalifət rəhbərlərinin mübahisə etdiyi mövzulardan biri də "ana müxalifət" adı ilə bağlıdır. Ölkə müxalifəti, istər rəhbərliyində təmsil olunduqları partiyalar daxilin də, istərsə də ki, ümummilli məsələlərdə normal müxalifətçilik ideyalarından çıxış etsələr, eləcə də, siyasi proseslərdəki iştirakları ilə, ortaya qoyduqları yüksək siyasi proqramlarla ictimaiyyətin maraq dairəsində olsalar, bu ad uğrunda mübarizəyə də gərək qalmayacaq. Çünki xalqın əsil müxalifət kimi qəbul etdiyi bəzi siyasi partiyalar olacaq ki, "ana müxalifət" adı da beləcə formalaşmış olacaq. Bu gün müxalifət adı gələndə, insanların ağlına, ilk növbədə, iki cəbhəyə parçalanmış - radikallığı və konstruktivliyi ilə bir-birindən kəskin dərəcədə fərqlənən siyasi qüvvələr gəlir. Birincilər, daha çox dağıdıcı, xaos yaradacaq hadisələrlə gündəmə gəlib, yaddaşlarda qalmağa üstünlük versə də, digərinin məqsədi tamam başqadır.
Ancaq demək lazımdır ki, radikal düşərgə daxilində bu ada, əslində, hansı müxalifət partiyalarının layiq olması məsələsi artıq çoxdandır ki, mübahisə doğurur. Hətta bunun üçün meydana atılıb müttəfiqlərini tənqid edənlər də tapılır. Belə ki, bu yaxınlarda mətbuata verdiyi müsahibələrinin birində "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, müxalifəti kəskin tənqid edərək, onların ölkədə keçirilən hər hansı bir seçkiyə hazırlığının normal səviyyədə olmadığını bildirib. E.Namazov müxalif partiyalar arasındakı qarşıdurmaları və rəhbər strukturlarla sıravi üzvlər arasındakı fikir ayrılıqlarını əsas gətirib: "Müxalifətin başı "ana müxalifət" uğrunda mübarizəyə qarışıb. Əslində, kimin əsil müxalifət olduğunu xalq bilir, anlayır. İndiki şəraitdə onların bu cür məntiqsiz fikirlər arxasınca getmələrinə heç bir ehtiyac yoxdur".

Digər xəbərlər