PDF Oxu

Müxalifət

  • 10

Müsavat AXCP (i) təlatümü davam edir

Müsavat AXCP (i) təlatümü davam edir
Uzun sürən Müsavat-AXCP (i) qarşıdurması, nəhayət, hansı prizmalarda baş verdiyini büruzə verməli oldu. Hər iki quruma rəhbərlik edən şəxslərin lap köhnədənqalma ədavətləri artıq yeni formada bərpa olunub. İndiki şəraitdə bu cür qarşıdurmanın hansı istiqamətdə davam edəcəyi də sual doğurur.
Çünki hazırda hər iki partiya fəaliyyətlərinin son akkordlarını yaşamaqdadır. Məhz bu qalmaqal hər iki qurumun tarixin arxivinə göndərilməsini bir qədər də sürətləndirmiş olacaq. Ona görə də, düşərgədəki son durumu və burada təmsil olunan partiyaların bir-birinə qarşı olan münasibətlərini nəzərə alaraq, demək olar ki, artıq müxəlifət düşərgəsi öz ömrünün payız fəslini yaşayır. Çünki hazırda düşərgədə normal bir quruma rast gəlmək səhrada su axtarmaq kimi bir şeydir. Bütün bunların isə hansı səbəb və meyarlardan qaynaqlandığını söyləmək olduqca mümkünsüz görünür. Əsaslı bir səbəb kimi isə, təkcə onu göstərmək olar ki, müxalifət düşərgəsi 16 ildən artıqdır ki, cəmiyyətə yalan satmaqla özünün əsil simasını tanıda bilib. Demək olar ki, müxalifətin fəaliyyəti müddətində bundan başqa qazancı olmayıb. Beş manat vəsait əldə etməkdən ötəri az qala avropalı Conların qucağında oturmağa belə hazır olan müxalifət liderlərindən xalq nə gözləsin. Bir də ki, Azərbaycan xalqı özünün yaxın keçmişdə başına gələn və gətirilən müsibətlərdən nəticə çıxararaq, yararsız ünsürləri, tədricən də olsa, sıradan çıxarır. Daha müxalifətin özünün düşdüyü vəziyyətə görə, heç kəsi ittiham etməyə yer qalmır. Elə bu səbəbdəndir ki, əlləri hər yerdən üzülən müxalifətçilər öz aralarında süni problem yaratmaqla diqqət mərkəzində qalmağa çalışırlar. Müsavat AXCP (i) qarşıdurmasının da əsil məqamları məhz bu prinsiplə ələqəlidir. Digər bir yandan nə Müsavat başqanı İsa Qəmbərov, nə də AXCP (i) sədri Əli Kərimovun bir-birini görməyə gözü var. Onlar hələ AXC-Müsavat hakimiyyəti illərində də maraqlar müstəvisində bir-birinə problem yaşadırdılar. Siyasətə bir qədər erkən baş qoşmuş Ə.Kərimov bir sıra cəbhəçilərə qarşı tutduğu mövqeni Müsavat partiyasının təzəcə bərpa etmiş İ.Qəmbərova qarşı da sərgiləyirdi. O dövrlər parlamentin spikeri olmuş İ.Qəmbərov məhz Ə.Kərimovun hədələrindən və hiyləgərliyindən qorxuya düşürək, tezliklə tutduğu vəzifəni tərk etməli oldu. Amma İ.Qəmbərov da heç də indi olduğu kimi sakit dayanmadı. İ.Qəmbərov tərəfindən mərhum AXC lideri Əbülfəz Elçibəyin ətrafında olan cəbhəçilərdən ən təhlükəli fiqur kimi qələmə verilən Ə.Kərimov sonradan da bir sıra məsələlərdə öz rəqibini tamamilə sıradan çıxarmaq üçün var-gəl edirdi. Yarıtmaz fəaliyyətinə görə hakimiyyətdən uzaqlaşmalı olan AXC-Müsavat cütlüyü məhz problemi də öz içlərində axtarmalı oldu. Elə o vaxtlardan başlanan daxili çəkişmələr və intriqalar bu günə qədər də qalmaqdadır. O vaxtlar bir qədər kortəbii formada bir-birinə qarşı mübarizə aparan müxalifət liderləri müasir dövrün tələblərinə uyğun olaraq, indi daha alternativ variantlardan istifadə edirlər. Əgər dünənə kimi satqınçılıq və şəxsi maraqlar uğrunda mübarizə gedirdisə, bu müxalifət liderləri Avropa "dəyər"lərinə uyğun olaraq, bir-birlərinə qarşı ittihamlar irəli sürürlər. İ.Qəmbərov və Ə.Kərimov probleminin də məhz kökləri yuxarıda izah etməyə çalışdığımız səbəblərdən qaynaqlanır. Ona görə də, yaxın gələcəkdə müxalifət düşərgəsi bu şəxslərdən təmizlənməsə, düşərgənin işi daha müşkül olacaq.

Digər xəbərlər