PDF Oxu

Müxalifət

  • 13

“ANİF” sədri kuryerliklə məşğul olur

“ANİF” sədri kuryerliklə məşğul olur
Bələdiyyə seçkilərinin zamanı yaxınlaşdıqca müxalifət düşərgəsində qeyri-etik proseslər getdikcə kəskinləşməkdədir. Ölkəmizdə keçiriləcək növbəti seçki prosesinin də demokratik və kütləviliyi baxımından olduqca yüksək səviyyədə baş tutacağından narahatlıq keçirən müxalif düşərgə "sakinləri" bu prosesdən də kənarda qalacaqlarına artıq əmindirlər.
Məhz bu baxımdan da, müxalifətin son dərəcədə acınacaqlı bir duruma düşməsi, daxildə arasıkəsilməz intriqaların başlanması proselərin düşərgəni iflic edəcəyinə zəmanət verir. Ona görə də, artıq son on beş gündə müxalifət düşərgəsindən gizlin və aşkar formada istefa verənlərin sayı durmadan artmaqdadır. Qarşılıqlı münasibətlər müstəvisində müxalifətin tam iflic bir vəziyyətə düşdüyünü düşərgə təmsilçiləri də artıq etiraf etməkdədirlər.
Bu baxımdan da, müxalifət düşərgəsində baş qaldırmış etiraz dalğalarının bu dəfə sakit bir formada sona çatması olduqca çətin və gözlənilməz görünür. Hadisələrin gedişi isə göstərir ki, müxalifətçilər yenidən daha kəskin formada bir-birinə qarşı dayanmasalar, onların bu davasının öz məcrasına düşməsi çətin olacaqdır. Çünki yaranmış olan situasiyanı hərə öz istəyinə uyğun formada şərh edərək, günahı bir-birinin boynuna atmaqla məşğuldur. Düşərgədə isə köhnə sakinlərlə yenilər arasında ayrı-seçkilik prinsipləri onların yenidən bir-birinə qarışacağı ilə nəticələnəcək. Reallıqda isə onların ilk bu yöndə davasının başlanğıcını müşahidə etmək olur. Özünü müxalifətin tam sahibi kimi tərənnüm edən Azərbaycan Liberal Partiyasının formal sədri, həmçinin, özününküləşdirdiyi "Milli Birlik Hərəkatı"nın lideri Lalə Hacyeva, düşərgənin məhz bu cür durumla üzbəüz qalmasında bir sıra şəxslərin barmağının olduğunu bildirib. O, iddia edir ki, müxalifət daxilinə düşmüş bəzi şəxslər burada ancaq intriqalar yaratmaqla məşğuldurlar. Məhz belə olan təqdirdə, normal münasibətlərin formalaşmasından söhbət açmağın lüzümsuz olduğunu bildirən L.Hacıyeva konkret şəxslərin bu işlə məşğul olduğunu söyləyib. O, qeyd edib ki, əksər partiyalar son bir ayda fəaliyyət prinsiplərini tamamilə itirməli olub. Bunun da başlıca səbəbələrini kənar qüvvələrin diqtəsi ilə baş verdiyini bildirən L.Hacıyeva bələdiyyə seçkilərinin təbliğatına start verilməsinə kimi, qalmaqal yaradan şəxslərin müxalifət sıralarını tərk etməyi tələb edib.
ALP lideri vurğulayıb ki, bəzi müxalifət adı altında düşərgəyə daxil olmuş şəxslər sifarişlə mövcud durumu yaratmağa nail olublar. Onların sırasında özünü üzdə demokrat, gizlində isə başqa işlərin sahibi - "Azərbaycan Naminə İctimai Forum"un prezidenti kimi təqdim edən Eldar Namazovun daha aktiv olduğunu bildirən L.Hacıyeva ona müxaliftdaxili işlərə qarışmamağı tövsiyə edib. Onun sözlərinə görə, bir sıra müxaliftçilər kimi, o da "kuryer"liklə məşğuldur.
L.Hacıyeva onu da bildirib ki, müxalifət düşərgəsində seçkisonrası baş verən prosesləri birbaşa seçimlə əlaqələndirən yetkililər bələdiyyə seçkiləri ərəfəsi bir sıra məqamlarda ehtiyatlı olmaq barəsində düşünməlidilər. Bu istiqamətdə isə ilk addımı sonradan müxalifət cəbhəsinə qoşulmuş şəxslərə qarşı həyata keçirməyi qarşıya məqsəd qoyan L.Hacıyeva düşünülməmiş qrarların acı nəticəsindən sığortalanmaq üçün "səlib yürüşü"nə başlamağı qərarlaşdırıb. Daha doğrusu, reallıq isə göstərir ki, indiki halda, bir-birinə qarışmış müxalifətin qarşıdakı seçkilərə kimi, tam iflasa uğrayacaq: "Ona görə də, müxalifət düşərgəsində təmsil olunan Eldar Namazov kimilərinin gecələr "kuryerlik" etməsinin bir nəticəsi olmayacaq. Çünki "köhnə"lər seçkiərəfəsi prosesi indidən müəyyənləşdirərək, nisbətən kiçik qurumları yenə də qabağa verməklə özlərini kənarda saxlamağa çalışacaqlar. E.Namazov kimilər isə, arxadan baxan olacaq".

Digər xəbərlər