Radikal düşərgə iflic olub
Radiakal "bəy"lərin yaratmış olduğu partiyalar artıq son dövrlərini yaşayırlar. Həm sosial bazanın yoxluğu, həm xarici qüvvələrdən gələn (bu qüvvələr Azərbaycan əleyhinə olan qüvvələrdir) qrantların kəsilməsi düşərgəni tamamilə sarsıdıb. Respublikamızda fəaliyyət göstərən müxalifət partiyalarının fəaliyyəti (əgər buna fəaliyyət demək mümkünsə) yalnız xalqa xəyanətdən ibarətdir. Onlar antidemokratik meyillərindən əl çəkmirlər. Elə bütün bunların cəzasını da özləri çəkirlər. Necə deyərlər, sirkə nə qədər tünd olsa, öz qabını çatladar.
Acınacaqlı durumun hökm sürdüyü partiyalardan biri, daha doğrusu, birincisi AXCP (i)-dir. Əslində, bunu bir partiya adlandırmaq da düzgün deyil. Çünki adıçəkilən partiyanın digər müxalifət partiyaları kimi sosial bazası tamailə dağılıb. Belə bir qurumu necə partiya adlandırmaq olar? Partiyanın rəhbər heyətində çalışan şəxslərin AXCP (i)-dən uzaqlaşaraq, Ə.Kərimovun nə cür siyasətçi olduğunu bir daha üzə çıxardı. Bir zaman partiyada sədr müavini postunu tutan Fuad Mustafayev hər vəchlə ilə çalışırdı ki, Ə.Kərimovun AXCP (i) ilə əlaqəsini kəssin, yəni onu partiyadan uzaqlaşdırsın. Ona görə də, bütün bunlardan xəbərdar olan Ə.Kərimov partiyanın qurultayını keçirmirdi. Sonda isə F.Mustafayev özü istefa verdi. Əslində, bu, "Yurd" şefinin qələbəsi deyil, çirkin oyununun nəticəsidir.
Bütün bunlar onu göstərir ki, radikal düşərgədə özünü "boss" kimi aparan qüvvələr ya partiyadan uzaqlaşıb, yeni siyasi qurum yaradırlar, ya da daxildə təxribatçı əməllərini davam etdirirlər. Lakin müxalifət liderləri əbədi olaraq partiya sədri olmaq istəyirlər. Sonra da demokratiyadan danışırlar. Ancaq heç kəsə sirr deyil ki, rəhbərlik etdikləri partiyalarda diktatuta rejimi yaradan "bəy"lərin siyasi fəaliyyətlərinin sonu çatıb. Lakin hələ də radikal müxalifət partiyaları daxilində gedən çirkin proseslər, qarşıdurmalar davam edir. Yəni özləri-özlərinə quyu qazmaqda davam edirlər və özləri qazdığı quyuya özləri düşdülər. Bu quyu isə o qədər dərindir ki, radikalların oradan çıxması mümkün deyil.