Əvəz Temirxan ALP sədri olmağa hazırlaşır
Radiakal "bəy"lərin yaratmış olduğu partiyalar artıq son dövrlərini yaşayırlar. Həm sosial bazanın yoxluğu, həm xarici qrantların kəsilməsi müxalifət partiyalarını iflic edib. Heç kəsə sirr deyil ki, radikallar yaratdıqları partiyaya gəlir mənbəyi kimi baxırlar. Yəni əslində, siyasi partiyaların məqsədi xalqa xidmət, siyasi proseslərədə iştirak etməkdir. Lakin bizim müxalifət partiyalarının məqsədi xalqa xəyanətdir. Radikalların bir araya gəldiyi müxalifət düşərgədə qeyri-normal proseslər yenə də davam etməkdədir.
İ. Qəmbərov qrant almaq məqsədi ilə xaricə səfərlərini davam etdirir. Təbii ki, bu səfərlər yenə də şəxsi maraqlar naminə edilir. Müsavatdaxili quruplaşmalar təxribatçı fəaliyyətlərini hələ də davam etdirirlər. Bütün bunların nəticəsi olaraq Müsavatda özünü "boss" kimi aparan Rauf Arifoğlu Müsavatdan ayrıldı. Belə ki, o, əbədi olaraq İ. Qəmbərovla yollarını ayırdı. Bu da partiyadaşların bir kresloya görə düşmənçiliklərin nəticəsi. Onlar isə bunu siyasi fəaliyyət adlandırırlar. Ümumiyyətlə, İ.Qəməbrovun partiyasında, eləcə də, digər radikal müxalifət partiyaları daxilində gedən çirkin proseslər, qarşıdurmalar hələ də davamlı olaraq qalmaqdadır . Belə ki, Ə. Kəriovun sədri olduğu və özündən başqa heç kəsin qalmadığı AXCP (i) elə çöküb ki, bu partiyadan danışmağa dəyməz. "Bəy"lər özləri qazdığı quyuya özləri düşdülər. Bu quyu isə, o qədər dərindir ki, radikalların oradan çıxması mümkün deyil.
Acınacaqlı vəziyyətin hökm sürdüyü partiyalardan biri də ALP-dir. Əslində, bunu bir partiya adlandırmaq da düzgün deyil. Çünki bir partiyanın sədri və müavinləri olmaya, bundan əlavə, digər müxalif partiyalar kimi sosial bazası iflic olan bir qurumu necə partiya adlandırmaq olar? Lalə Hacıyeva ALP-dən uzaqlaşaraq, daha doğrusu, sədrlik postundan istefa verərək, "MBH" adlı qurum yaratdı. Bu, onunla həm də ALP-ni nəzarətdə saxlamaq istədi. Lakin adıçəkilən partiyanın sədr əvəzi postunu tutan Əvəz Temirxan hər vəchlə çalışır ki, L. Hacıyevanın ALP ilə əlaqəsini kəssin. Ona görə də, Ə. Temirxan yaxın zamanlarda partiyanın qurultayını çağıraraq, (Maraqlıdır, qurultayda kimlər iştirak edəcək? Çünki bu partiyanın heç üzvləri də yoxdur) sədr seçilmək istəyir. ALP-nin sədr əvəzi bu istəyini tezliklə reallaşdıracaq.