PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərov yenə Türkiyədədir

İsa Qəmbərov yenə Türkiyədədir
Müxtəlif xarici ölkələrə səfər edən müxalifətçilər öz pis niyyətlərini həyata keçirmək üçün etdikləri səfərlərlə özlərini xalq arasında daha da biabır edirlər. Bu biabırçılığın nə vaxtadək davam edəcəyi məlum deyil. Belə getsə, onlar öz çirkin əməllərindən əl çəkməyəcəklər. Lakin məlumdur ki, müxalifətçilər indiyə qədər heç bir uğur qazanmayıblar və heç vaxt da qazanmayacaqlar.
Müsavat başqanı İsa Qəmbərov Türkiyəyə səfərə gedib. O, bu səfər əsnasında Türkiyədə iqtidarda olan AKP partiyasının ermənipərəst üzvləri ilə görüşlər keçirib. Bu görüşlərdə o, həmin partiyanın ölkəmizə, xalqımıza düşmən mövqe tutmuş üzvlərindən Azərbaycan iqtidarına təzyiq etmələrini xahiş edib. Onlarla bu çirkin işlərdə əlbir olmağa razı olduğunu bildirib. Lakin İsa "bəy", deyəsən, heç də başa düşmək istəmir ki, Azərbaycan iqtidarına heç kim heç bir yolla təzyiq edə bilməz. Bizim iqtidarımız güclü və sarsılmazdı. İsa Qəmbərov isə bunu başa düşsə belə, qəbul etmək onun üçün çox ağırdır. Amma reallıqdan qaçmaq mümkün deyil və İ.Qəmbərov bu reallığı qəbul etmək məcburiyyətində qalıb.
Onu da qeyd edək ki, Müsavat başqanın Türkiyədə səfər zamanı iştirak etdiyi görüşlərdə bəzi Avropa ölkələrindəki erməni diasporasının nümayəndələri də iştirak edib. Hər kəsə məlumdur ki, həm AXCP (i) sədri Əli Kərimov, həm də İsa Qəmbərov dəfələrlə Azərbaycanı sevməyən qüvvələrin maliyyə vəsaitlərindən istifadə etmək üçün onlarla görüşlər keçirib. Bu görüşlərində bir məqsədi olub ki, müxalifəçilər ölkəmizdə iğtişaşlar yaratmaq istəyiblər. Hazırda İ.Qəmbərovun Türkiyədəki səfərinin də məqsədi heç kimdən gizli deyil. Bu cür çirkin niyyətlə görüşlər keçirən Müsavat başqanı hansı üzlə vətənı qayıdıb, xalqın qarşısına çıxacaq. Onsuz da o, çox yaxşı bilir ki, bu görüşlərin heç biri yaxşı nəticə verməyəcək. Səmərəsiz keçirilən bu görüşlər son nəticədə İsa Qəmbərovun və Müsavat partiyasının onsuz da zədələnmiş imicinə daha da böyük zərbə vurmuş olacaq.

Digər xəbərlər