PDF Oxu

Müxalifət

  • 8

Əli Kərimovun vəziyyəti çətinləşib

Əli Kərimovun vəziyyəti çətinləşib
Heç vaxt öz atmacalarından, pis işlərindən, yersiz hərəkətlərindən əl çəkməyən AXCP (i) sədri Əli Kərimov  həmkarları arasında çox zəiflədiyini, gec də olsa, başa düşüb.
  Müxalifət cəbhəsində bir neçə istiqamətdə münaqişələr yaradan, quyular qazan Ə.Kərimov həm bu münaqişələrin qurbanı oldu, həm də qazdığı quyulara özü düşdü. Son zamanlar müxalifətçilər arasında liderliyi ələ almağa çalışan və bu yolda durmadan digərlərinə şər, böhtan atan Əli Kərimov sonda digər müxalifətçilərin onu təkləməsi ilə qaşılaşdı. Özünə əzəldən rəqib saydığı Müsavat başqanı İsa Qəmbərovun siyasi səhnədən və ən əsasda müxalifətçilər arasından silinməsini istəyən AXCP (i) sədri özü məhv olma təhlükəsi ilə üz-üzə dayanıb.
  Belə ki, Ə.Kərimov "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın zəifləməsində, dağılmağa məruz qalmasında ən böyük günahı İsa Qəmbərovda görərək, dəfələrlə onun ünvanına sərt fikirlər söyləmiş və İsa "bəy"i müxalifətçilərin birliyinə ağır zərbə vurmaqda təqsirləndirmişdi. O, bununla kifayətlənməyərək, Özünün də təmsil olunduğu "Azadlıq" blokunun digər təmsilçilərini, əsasən də, "MBH" lideri Lalə Hacıyevanı da bu blokun fəaliyyətsizliyində əsas rol oynayan müxalifətçi kimi dəyərləndirmişdi. Əli Kərimov "VİP" sədri Əli Əliyevi və "ALP"-nin sədr əvəzi Əvəz Temirxanı öz tərəfinə çəkərək, onların da İsa Qəmbərovla, Lalə Hacıyevaya düşmən olmasını istəyib  və bununla bağlı onlarla danışıqlar da aparıb. Lakin həm Ə.Əliyev və həm də Əvəz Temirxan "Yurd şefi"nin bu təklifi ilə razılaşmayıblar. Bu isə, təbii ki, Əli Kərimovda onlara qarşı nifrət hissi oyadıb və o, ALP ilə "VİP"-ni müxalifət düşərgəsindəki partiyaların üz qarası adlandırıb.
  Bütün bunlardan məlum olur ki, AXCP (i) sədri Əli Kərimov öz çirkin niyyətlərini həyata keçirmək üçün hansı yollara əl atırsa, heç bir uğur əldə edə bilmir. Müxalifət düşərgəsində, demək olar ki, heç bir partiya və partiya rəhbərləri onu dəstəkləmir və Ə.Kərimovu müxalifətçilər arasında aravuran adlandırırlar. Bu gedişlə biz tezliklə Əli Kərimovun AXCP (i) üzvlərinin təkidi ilə partiya rəhbərliyindən istefa verməsinin şahidi olacağıq. Artıq partiya daxilində Ə.Kərimova heç bir inam, etimad qalmadığı bildirilir.

Digər xəbərlər