PDF Oxu

Müxalifət

  • 9

Radikal müxalifətin vəziyyəti günü-gündən pisləşir

Radikal müxalifətin vəziyyəti günü-gündən pisləşir
Son zamanlar hamıya məlumdur ki, müxalifətçilərin, demək olar ki, hamısı bir-birləri ilə ciddi münaqişə zəminində fəaliyyət göstərirlər. Dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri öncəsi yaranmış bu münaqişələr onların yenə də seçkilərdə məğlub olacaqlarından xəbər verir. Hazırda müxalifət düşərgəsində bir neçə cəbhədə ciddi münaqişələr gedir. Bu münaqişələr həm Müsavat başqanı İsa Qəmbərovla "Ümid" partiyası rəhbəri İqbal Ağazadənin, həm də AXCP (i) sədri Əli Kərimovla yenə də İ.Qəmbərov arasında uzun müddətdir davam edir. Bu münaqişələrin təməli, adları çəkilən partiyaların "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunduqları zamandan etibarən qoyulub. Lakin sonradan yalnız öz mənafelərinə xidmət edən bu insanlar aralarında yaranmış olan ciddi qarşıdurma nəticəsində hərəkatdan ayrıldılar və bir-birlərinə qarşı kəskin düşmənçilik mövqeyi tutdular. Çox gözəl xatırlayırıq ki, müxalifətçilər arasında qarşıdurmaların tarixi uzun zaman öncəyə təsadüf edir. Unutmaq olmaz ki, hər hansı bir münaqişə sonradan yeni yaranacaq olan münaqişələrə yol açır. Hazırdakı münaqişələr də əvvəlki düşmənçiliyin davamıdır. AXCP (i ) sədri Ə.Kərimov özündən başqa heç kəsi bəyənmədiyi üçün həm İ.Qəmbərovu, həm də İ.Ağazadəni özünün düşməni hesab edir və bildirir ki, İ.Ağazadə hakimiyyətə meyilli olduğu üçün, Müsavat başqanı İ.Qəmbərov isə "Qarabağ və Respublika Uğrunda Hərəkat"ı parçaladığı üçün siyasi səhnədən silinməli və Azərbaycan müxalifətini təmsil etməməlidir. Təbii ki, bu atmacalar cavabsız qalmır və Ə.Kərimov, İ.Qəmbərov və İ.Ağazadənin ittihamlarını dinləməli olur. Onu da qeyd edək ki, İ.Qəmbərov İ.Ağazadənin də arasında soyuq küləklər əsməkdə davam edir. Hətda onu da qeyd etmək lazımdır ki, artıq müxalifətçilər bir-birlərini məhkəməyə verməklə hədələyirlər. Yəqin ki, onların məhkəmə proseslərinin tezliklə şahidi olacağıq.
Məlum olduğu kimi, Rəsul Quliyev ölkədən kənarda olsa da, vəziyyəti çox gərgindi. Artıq Nyu-Yorkdan şəhərin hüquq-mühafizə orqanları tərəfindən qovulan R.Quliyev özünə yaşamaq üçün ölkə tapa bilmir.
Göründüyü kimi, bir-birlərinin qatı düşməni olan müxalifətçilər artıq tamamilə siyasi səhnədən silinməkdədirlər. Onlar bir neçə il ərzində hər şeyi qaranlıq gördülər, öz təfəkkürlərində yenilik etmədilər və özlərinin məhv olma proseslərini sürətləndirdilər. Müxalifətçilər özləri də yaxşı bilirlər ki, tezliklə tamamilə siyasətdən uzaqlaşacaqlar. Axı xalq inamı olmayan, hər zaman qalmaqal içində tüğyan edən, öz mənafeyini üstün tutan, siyasətdən tamamilə uzaq olan insanlar, necə ola bilər ki, siyasi aləmdə böyük nüfuza malik olsun? Şübhəsiz ki, həmin insanlar siyasi aləmdə uzun müddət qala bilməzlər. Biz müxalifətçilərin simasında bunun şahidi oluruq.

Digər xəbərlər