PDF Oxu

Müxalifət

  • 13

Müxalifət bələdiyyə eçkilərinə dağınıq halda gedir

Müxalifət bələdiyyə eçkilərinə dağınıq halda gedir
Tarixi siyasi proseslərə nəzər yetirsək, hazırkı müxalifətin bütün taleyüklü tədbirlərdə acınacaqlı məğlubiyyətlə üzləşdiklərini söyləmək olar. Məsələnin dərinliyinə varıb araşdırma aparsaq, yaramaz müxalifətin acınacaqlı məlubiyyətinin kökündə dil qəhrəmanı olan partiya sədrlərinin günahkar olduğunu görmək mümkündür. Yəni, bu yaramaz xislətli partiya sədrləri xalqa, dövlətə zidd siyasət yürütməklə, özlərini cəmiyyətdən təcrid ediblər. Nəticədə, onlar istər prezident, parlament, istərsə də, bələdiyyələrə keçirilən seçkilərdə rüsvayçı məğlubiyyətlə üzləşiblər. Söz yox ki, bu məntiqlə müxalifətin dekabrda keçirilən bələdiyyə seçkilərində də seçici dəstəyi qazanmayacaqları şübhəsizdir.
Proseslərin inkişafına və aparılan araşdırmalara əsasən, qeyd etmək olar ki, hazırkı mərhələdə müxalifət düşərgəsində qarşılıqlı ittihamlar baş verməkdədir. Eyni təfəkkürə və düşüncəyə malik partiya sədrləri bir-birini ən kəskin söz və ifadələrlə təhqir etməkdən çəkinmirlər. Məhz bu qarşıdurmalar radikal müxalifətin yenicə yaratdığı "Qarabağ və Respublika Uğrunda Hərəkatı"nın dağılmasına gətirib çıxardı. Hazırkı mərhələdə hədəfdə "Azadlıq" blokunun olacağı şübhəsizdir. Çünki AXCP (i) sədri Əli Kərimovun "bomj"sayağı gedişlər etməsi "Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyevanın və "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin ciddi narazılığına səbəb olub. Hətta ötən gün qurumun sədrlər şurasının iclasında L.Hacıyeva Ə.Kərimovla eyni siyasi meyilləri bölüşməsindən təəssüf hissi keçirdiyini bildirib. Onu da qeyd edib ki, Ə.Kərimovun təmsil olunduğu qurumla bələdiyyə seçkilərinə getmək siyasi intihara bərabərdir.
"Səs"ə yaxın mənbənin dediyinə görə, L.Hacıyevanı Ə.Kərimovdan narazı salan əsas amil "Yurd" şefinin Azərbaycan bayrağı ilə bağlı xəstə təxəyyülün məhsulu olan fikirlər söyləməsi səbəb olub. L.Hacıyeva Ə.Kərimovu erməni dəyirmanına su tökməkdə qınayır və bayraq məsələsi ətrafında manipulyasiya etməkdə günahlandırır. Məhz bu və ya digər amillər səbəbindən, L.Hacıyeva bələdiyyə seçkilərinə "Azadlıq" blokundan kənar qatılmağa vadar edir. Bu isə "Azadlıq" blokunun dağılması prosesinin başa çatdığını söyləməyə əsas verir. Təbii ki, "Azadlıq" bloku dağılacağı təqdirdə, müxalifətin bələdiyyə seçkilərində cüzi uğur qazanması belə sual altında olacaq.

Digər xəbərlər