PDF Oxu

Müxalifət

  • 8

Lalə Hacıyevanın Əvəz Temirxanla mübarizəsi davam edir

Lalə Hacıyevanın Əvəz Temirxanla mübarizəsi davam edir
Bir zaman biri-birlərinə dost, həmkar deyib, sonra "dost"larına quyu qazmaq radikal müxalifətin, xüsusən də, qeyd olunan düşərgədə özlərini "boss" hesab edən "bəy"lərin çoxdankı vərdişidir. Sanki onlar buna vərdiş ediblər və bu, gündəlik həyat tərzlərinə çevrilib. Bir vaxtlar İsa Qəmbərov -Əli Kərimov, Rəsul Quliyev-Sərdar Cəlaloğlu, Etibar Məmmədov-Eldar Namazov, Lalə Hacıyeva-Əvəz Temirxan müttəfiqliyinin sonrakı taleyi hər kəsə bəllidir. Yəni radikal "bəy"lərin əməkdaşlığı, dostluğu saxta dostluqdur. Özünü "Yurd" şefi adlandıran Ə.Kərimov İ. Qəmbərova qarşı çıxdı. Hətta bu proseslərə "Ümid" partiyası və adıçəkilən partiyanın sədri İqbal Ağazadə də qoşuldu. Saxta dostluğun, saxta siyasətlərinin nəticəsidir ki, radikal müxalifət düşərgəsi iflic olub. Bu xəstəlikdən onları heç nə sağalda bilməz. Onların bir əlacı var-siyasətdən getmək. Siyasət onlar üçün deyil. "Bəy"lər gərək bunu anlasınlar, yoxsa sonra gec olacaq. Ümumiyyətlə, adları çəkilən şəxslərin siyasətə gəlmələri, partiya yaratmaqları özü bir səhv addım idi. Lakin siyasətdən uzaq "bəy"lər bu addımı atdılar. Nəticəsi də hər kəsə bəllidir. Onların qısa hakimiyyətləri dövründə Azərbaycanda özbaşınalıq, xaos, anarxiya baş verdi. Bütün bu acı olaylar radikal "bəy"lərin siyasətinin nəticəsidir. Onlar bundan qazansalar da, uduzan isə xalq oldu. Məhz bütün bunların nəticəsidir ki, ölkə vətəndaşları onlardan üz çevirib. Müxalifət düşərgəsi iflic vəziyyətdədir.
Bir vaxtlar ALP-yə sədrlik edən L.Hacıyeva bu partiyadan uzaqlaşaraq, "MBH"-nin lideri oldu. Buna baxmayaraq, o, yenə də ALP-yə təsir göstərir. L.Hacıyeva bununla həm müxalifətdəki həmkarlarına, həm də ALP-nin sədr əvəzi Əvəz Temirxana sübut etmək istəyir ki, o, hələ də adıçəkilən partiyada "boss"dur. Lakin deyəsən, Ə.Temirxan Lalə xanımın partiyanın işlərinə qarışmasından bezib. ALP-nin sədr əvəzi Ə.Temirxan L. Hacıyevanın partiyaya təsirini azaltmaqdan ötrü müxtəlif yollara əl atır. Məhz adıçəkilən partiyanın sədr əvəzinin, bir müddət öncə, mətbuata açıqlama verərək "yaxın zamnlarda ALP-də sədr seçkisi keçiriləcək"onu göstərir ki, Ə.Temirxan "MBH" liderinin partiyadan tamamilə uzaqlaşdırmaq istəyir. L.Hacıyeva da, öz növbəsində, yaxınlarına bildirib ki, "Əvəzi ALP-yə mən gətirmişəm, onun nə uğuru varsa, bütün bunlara görə mənə borcludur".
Lakin L. Hacıyevanın son vaxtlar siyasi proseslərdə iştirak etməməsi, onu göstərir ki, yaxşılıq başa düşməyən (L. Hacıyevanın təbirincə desək) Ə. Temirxan "MBH" liderinə təsir göstərə bilib. Verilən məlumata görə, L. Hacıyeva "ANİF" rəhbəri Eldar Namazov kimi siyasətdən uzaqlaşacaq.

Digər xəbərlər