PDF Oxu

Müxalifət

  • 8

Əli Kərimov xarici donorlardan qrant ala bilmir

Əli Kərimov xarici donorlardan qrant ala bilmir
Radikal müxalifət liderləri sosial bazası zəif olan partiyalarını, daha doğrusu, özlərini maliyyələşdirmək üçün xarici donorlardan - Azərbaycan əleyhinə olan qüvvələrdən qrant almaqdan ötrü ölkəmizin, dövlətçiliyimizin əleyhinə təxribatçı çıxışlar etməkdən belə çəkinmirlər.
Bu isə, onların hansı əqidə sahibi olduğunu bir daha göstərir. Görəsən, öz Vətənini, xalqını, dövlətçiliyini pula görə satan bu "bəy"lər özlərini doğurdanmı siyasətçi hesab edirlər? Görəsən, hər hansı bir siyasətçi, partiya sədri öz ölkəsinə xəyanətmi edər? Görünür, bu, müxalifət "ağa"larının fəaliyyətlərinin tərkib hissəsidir. Hətta "bəy"lər - Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin neçə ildir sədr əvəzi olan Əvəz Temirxan, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev arasında 5-10 manat qrant puluna görə mübarizə də gedir. Onlar aldıqları puldan rəhbəri olduqları qeyri-demokratik şəkildə idarə olunan, "cırtdan" partiyalarına bir manat belə pul ayırmırlar. Yəni özləri satqınçılıq, böhtan hesabına aldıqları pulu xərcləyirlər, partiyalar isə qalıb Allah ümidinə.
AMİP lideri E. Məmmədovun partiya sədrliyindən uzaqlaşmasına da qrant almaq səbəb olub. Belə ki, Etibar "bəy" xaricilərdən aldığı pulu tək xərcləmək, yəni partiyaya maliyyə yardımı ayırmamaq üçün belə bir addım atıb. Sadəcə olaraq, E. Məmmədov özünü AMİP lideri hesab etməklə, yalnız özündən "siyasətçi" obrazı yaratmış olur. İndi isə onun hansı işlə məşğul olduğu və bu məşğuliyyətinin hesabına qrant alması məlum deyil. Ancaq pul haqda düşünən Etibar "bəy" lideri olduğu partiya ilə maraqlanmır. Ən çox əziyyət çəkən AXCP (i) və adıçəkilən partiyanın siyasətdən xəbərsiz sədri Ə. Kərimovdur. Ə. Kərimov öz tərəfdaşlarını itirməklə yanaşı, xarici qrantlardan da məhrum olub. Bir neçə gənci öz çirkin siyasətinin qurbanına çevirən "Yurd" şefi artıq öz oyunlarına gəncləri cəlb edə bilmir. Heç kəsə sirr deyil ki, Ruslan Bəşirli, Aqil Xəlilov və "Dalğa" hərəkatında təmsil olunan gənclər AXCP (i) sədrinin "siyasətinin" qurbanları sırasındadırlar. Artıq heç bir gənc Ə. Kərimovun qurbanlıq toruna düşmək istəmir. Necə deyərlər, "AXCP(i) sədri həm Əli aşından, həm də Vəli aşından olub".
Beləliklə, xarici qrantlardan əlləri üzülən radikal müxalifət liderləri indi çıxılmaz vəziyyətdədirlər.

Digər xəbərlər