PDF Oxu

Müxalifət

  • 10

“Ermənistan bu məslədə geri çəkilməsə...”

“Ermənistan bu məslədə geri çəkilməsə...”
Qardaş ölkə olan Türkiyənin Ermənistanla sərhədləri açacağı xəbəri həm adıçəkilən ölkələrdə, həm də Ermənistanın işğalına məruz qalan Azərbaycanda birmənalı qarşılanmadı. Həmçinin, məlum olduğu kimi, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinə Türkiyə vətəndaşları, xüsusilə də, adıçəkilən ölkənin müxalifəti sərt münasibət göstərir. Bundan sonra Rəcəb Tayyib Ərdoğan hakimiyyəti iddialarını realaşdırmağa cəht göstərəcəkmi? Eləcə də erməni diasporası da Sarksiyanı Fransada, ABŞ-da etirazla qarşılayıb və görüşlərin uğursuzluqla müşayiət olunması protokolun imzalanmasını təxirə sala bilərmi? Bu və digər suallara aydınlıq gətirmək üçün politoloq Qabil Hüseynliyə müraciət etdik.
- Fikrimcə, Ermənistan tərəfindən hər hansı bir problem yaranmasa, yəni Ermənistan bu məsələdən geri çəkilməsə, Ərdoğan hökuməti sərhədlərin açılması məsələsində axıra qədər gedəcək. Amma bu məsələ ilə bağlı olaraq ilkin nişanələr var ki, bu məsələnin pozulması təhlükəsi ola bilər. Çünki Hillari Klinton sözügedən protokolların imzalanması mərasimində iştirak etmək istəyirdi. Amma indi isə məlumat yayılıb ki, o, bundan imtina edib. Belə hesab edirəm ki, İsveçrə hökuməti protokolların imzalanması mərasimi ilə bağlı olaraq açıqlama yaymalı idi ki, sözügedən mərasim necə və harada keçirilir. Adıçəkilən protokolların imzalanması ilə bağlı gərginlik və maniələr yaranıbdı. Bu səbəbdən də, protokolların imzalanması baş tutmaya da bilər.
Erməni diasporunun rəyləri o qədər də nəzərə alınan bir şey deyil. Eləcə də Ermənistan daxilində müxalifətin etirazları da həlledici rol oynaya bilməz. Fikrimcə, burada əsas məsələdə əsas rolu Rusiya oynayır, çünki Ermənistan Rusiyanın quberniyası kimi bir şeydir. Əgər bu protokollar imzalanmayacaqsa, bunun əvəzində erməni diasporunda və daxildəki erməni müxalifətində, nə də qondarma "Dağlıq Qarabağ Respublikası"nın guya bunu istəməməsində axtarmaq lazım gəlməyəcək. Düşünürəm ki, bunun yeganə səbəbi Rusiya olacaq.
O ki qaldı iki ölkə arasında sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcək? Bəzən Türkiyə rəsmiləri bildirirlər ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinə müsbət təsir göstərəcək. Mənə elə gəlir ki, bu, ABŞ-dan qaynaqlanan fikirdir. Ancaq sərhədlər açılarsa, Ermənistanın Qərbə inteqrasiyası sürətlənəcək. Yəni inanmıram ki, iki ölkə arasında sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərsin.

Digər xəbərlər