Əli Kərimovun növbəti şousu
Bu da təbiidir. Çünki İ.Qəmbərov, Ə. Kərimov və digər bu tip ağılda olanlar xarici donorlardan "maliyyə yardımı" alır və bu "donor"ları Azərbaycanımızın əleyhinə olan çirkin maraqlarına xidmət sərf edirlər. Sözsüz ki, belə olan tədqirdə, bu erməni əqidəlilərdən vətənpərvərlik, xalqa, dövlətinə sevgi gözləmək də mümkün deyil.
Elə son günlər dünyanın diqqət mərkəzində olan məsələrdən biri də Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, bu məsələ həm Türkiyə vətəndaşları tərəfindən, həm də Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılandı. Təbii ki, Türkiyənin xalqımızın, bütövlükdə, türk dünyasının əbədi düşmənləri ilə münasibət qurmaq istəyi dövlətçilik marqlarımızın əleyhinə yönəlmiş bir addımdır.
Ancaq müxalifət mətbuatında açıqlamalar verən Müsavat başqanı İ.Qəmbərov, "Yurd" şefi Ə.Kərimov, "MBH" sədri Lalə Hacıyeva və başqaları kimliklərini bir daha nümayiş etdirdilər. Belə ki, bütün xalq ehtiraz etdiyi bir dönəmdə, AXCP (i) sədri Ə.Kərimovun bu məsələyə münasibəti fərqlidir. O, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını normal hal kimi qarşılayır: "Türkiyənin ermənilərlə sərhədlərini açmasında pis nə var ki? Mən bunu normal qəbul edirəm. Hesab edirəm ki, rəsmi Ankara Ermənistanla sərhədləri açmalı və diplomatik əlaqələri bərpa etməlidir"-deyə "Yurd" şefi bildirib.
Bu isə, ondan xəbər verir ki, Ə.Kərimov hər zaman Azərbaycan əleyhinə olan qüvvələrin maraqlarına xidmət edir və bunun müqabilində onlardan xeyli qrantlar, maliyyə yardımı əldə edir. Belə olmasaydı, Ə.Kərimov bu cür fikirlər səsləndirməzdi. Bu isə AXCP (i) sədri ilə bağlı olan şübhələrin doğru olduğunu bir daha sübut edir. Belə ki, çoxdan belə məlumatlar vardır ki, Ə.Kərimov xarici erməni diasporları ilə sıx əlaqəyə malikdir. Məhz bütün bunların nəticəsidir ki, "Yurd" şefi hər zaman xalqın əleyhinə olan siyasət yürüdərək, özü barədə mənfi imic formalaşdırıb. Buna görə də, partiya üzvləri AXCP (i) sıralarını tərk edib və partiya iflic vəziyyətə düşüb. Bu isə Ə.Kərimovu heç narahat etmir. Necə deyərlər, təki AXCP (i) sədrinin erməni dostlarının canı sağ olsun. Onların pulları ilə Ə.Kərimov "siyasi ömrünü" sürür. Bütün bunlar AXCP (i) sədri Ə.Kərimovun bütün çirkin fəaliyyətindən xəbər verir.