PDF Oxu

Müxalifət

  • 9

Seçkilər yaxınlaşdıqca müxalifət arasında ziddiyyət kəskinləşir

Seçkilər yaxınlaşdıqca müxalifət arasında ziddiyyət kəskinləşir
Maddi və mənəvi dəstəkdən ruhlanan radikal müxalifət ictimai rəyin diqqətini özünə cəlb etmək üçün bütün mümkün vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunun dediyinə görə, müxalifət Bakı şəhərində ictimai-siyasi sabitliyə təhlükə belə yaratmaqdan çəkinməyəcək. AXCP (i) sədri Əli Kərimov isə küçə yürüşləri - mitinqlər vasitəsilə qarşılarına qoyduqları vəzifələri həyata keçirməyə çalışacaqlarını bildirib. Belə demək mümkünsə, "Yurd" şefi artıq özünü indidən sığortalamağa və qarşıdakı proseslər üçün əl yeri qoymağa çalışır. Bir sözlə, radikal müxalifət bütün taleyüklü məsələlər ərəfəsi olduğu kimi, referendumqabağı da ölkədə qarışıqlıq yaratmağı, pozuculuq aktları həyata keçirməyi qarşılarına əsas vəzifə kimi qoyub.
Amma bir məsələ var ki, yenə də xalq qrup maraqlarından çıxış edən radikallara qətiyyətlə yox deyir. Bu isə, radikal müxalifətin çirkin məqsədlərinin həyata keçirməsinin qeyri-mümkün olacağını söyləməyə əsas verir. Qeyd etmək yerinə düşər ki, konstruktiv meyilli müxaliflər arasında radikalların pozuculuq planlarına qarşı ciddi təpkilər mövcuddur. "Demokratiya Uğrunda İttifaq"ın təsisçilərindən olan "KAXCP" sədri Mirmahmud Fəttayev istənilən halda iğtişaşların törədilməsinin əleyhinə olduğunu söyləyib. Onu da qeyd edib ki, "DUİ"  müxalifətin icazəsiz aksiyalarına qoşulmayacaq:  "İndiki halda, aksiyaların keçirilməsinə və ya qeyri-ənənəvi mübarizə metodlarından istifadə edilməsi yolverilməzdir. "DUİ" yalnız sivil metodlardan istifadə etməklə qəbul etdiyi proqramın təbliğinə səy göstərəcək".
"Azadlıq" blokundan ayrıca təşəbbüs qrupu yaradan AMİP lideri Etibar Məmmədov da qanunlara zidd mübarizə taktikasının əleyhinə olduğunu söyləyib: "Düşünürəm ki, kənar təsirlərlə fəaliyyət qurmaq siyasi partiyalara uğur gətirməz. AMİP heç bir halda qeyri-qanuni aksiyalara dəstək verməyəcək, əksinə, onların iflasa uğraması üçün səylər göstərəcək. Çünki bu vaxta qədər aparılan siyasət artıq neçə il bundan əvvəl iflasa uğrayıb. Kim deyə bilər ki,  sabah yarana biləcək hər hansı bir birlik daha böyük biabırçılıqla başa çatmayacaq. Açıq danışaq, indi heç bir müxalifət partiyasının üzvü düşərgənin perspektivinə inanmır. Çünki artıq danışılası yalan qalmayıb və bunu edənlər indi də həmin addımlarını davam etdirmək istəyirlər. Mitinq keçirmək və piketlərə başlamaq adı altında spekulyasiya etmək heç kimə  şərəf gətirməyəcək".

Digər xəbərlər