PDF Oxu

Müxalifət

  • 9

AXCP (i) Müsavatın tərkibinə keçir

AXCP (i) Müsavatın tərkibinə keçir
Xatırladaq ki, hər iki müxalifət yetkilisi uzun sürən düşmənçilik münasibətlərini heç vaxt normal yola qoyacaqlarını, ümumilikdə, dilə gətirmək istəmirdilər. AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovun müxalifətin iki qütbə bölündüyü və daha çox onların əks-qütbdə dayanan partiyaları təmsil etdiklərini nəzərə alsaq, problemin məhz bu mənbədən qaynaqlandığını aydınlaşdırmaq mümkün olur. Çünki hazırda müxalifət düşərgəsində üz-üzə dayanmış iki qüvvə arasında kəskin mübarizə daha da şiddətlənməkdədir. "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nda təmsil olunan Müsavat, AXCP (i), "Ümid", ADP, ALP və "VİP"-ə qarşı öz prinsiplərini daha da irəliyə çəkən "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar hər bir məqamda rəqiblərinin nüfuzunu aşağı salmaq üçün var-gəl edirlər. Məhz bu qarşılıqlı prinsipiallıq şəraitində qüvvələr nisbəti İ.Qəmbərovun rəhbərlik etdiyi müxalifət qütbünə tərəf dəyişməkdədir. Çünki Müsavat başqanı rəhbərlik etdiyi qütbdə təmsil olunan partiyaların imkanlarını mənimsəməklə qarşı tərəfə daha sərt münasibət bəsləməkdədir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nda təmsil olmuş partiyaların böyük əksəriyyəti "DUİ" rəhbərliyi və burada təmsil olunan partiyalarla düşmən münasibətdədir. Başda "KAXCP" sədri Mirmahmud Fəttayev olmaqla böyük əksəriyyət İ.Qəmbərovun imkanlarını məhv etmək üçün yollar axtarışındadır. M.Fəttayevlə qan düşməni olan AXCP (i) sədri Ə.Kərimov ona qarşı ən cüzi zərər yetirmək üçün dəridən-qabıqdan çıxmağa belə hazırdır. Çünki hər bir vəchlə keçmiş məsələlər getdikcə daha optimist formada cəmiyyətin nəzərinə çarpmaqdadır. Digər bir tərəfdən isə, AXCP (i)-nin bütün imkanlarını itirməsi Ə.Kərimovu ən minimal hərəkətlər etməyə vadar edir. Ona görə də, AXCP (i) ya satılması, ya da digər bir quruma birləşdirilməsi məsələsi son zamanlar gündəmi zəbt etməkdədir.
Bir balaca əllərinə tribuna keçən kimi bir-birinin ətini yeyib, sümüyünü də çölə atan müxalifət yetkililərinin indi bir görüntü yaratmaları gələcək təhlükələrin olmasına da işarədir. Çünki "tez alışan, tez sönər" prinsipi müxalifətin bu cür zəkasızları üçün keçərli olub. Məhz bu məsələləri nəzərə alaraq, onu demək olar ki, müxalifət düşərgəsində yaxın zamanlarda daha böyük və təlatümlü olaylar meydana çıxacaq. Odur ki, buradakı prosesləri seyr etmək üçün, sadəcə olaraq, sağlam baş lazımdır. Çünki bu düşərgədə olanlar, birmənalı olaraq, xəstəlik həddindədir.

Digər xəbərlər