İqbal Ağazadə İsa Qəmbərovu yalançılıqda ittiham edir
Müxalifət düşərgəsində hazırda ən çox müzakirə olunan məsələlərdən bir də Müsavat partiyası ilə "Ümid" partiyası ararsında olan qarşıdurmadır. Artıq hər iki partiya üzvləri iki həftədir ki, bir-birinin ünvanına olmazın itihamlar, söyüş dolu bəyanatlar yağdırırlar. Bu iki qurum arasında belə bir vəziyyətin yaranmasının əsil tərəflərini isə İsa Qəmbərovla İqbal Ağazadədən başqa kimsə daha yaxşı bilmir. Hər iki qurumun uzun müddətdən bəri bir-birinə qənim kəsilməsi sonda məhz belə bir durumun yaranmasını da zəruri etmişdir. Artıq hər iki müxalifət partiyasının aralarındakı münaqişəni asan sonluqla yola verəcəyi sual doğurur.
Çünki hər iki düşərgə təmsilçisi "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nda təmsil olunduğu üçün onların qarşılıqlı ittihamlar müşahidə olunan görüşlərini ardıcıl olaraq izləmək mümkün olur. Odur ki, müxalifət düşərgəsində yenicə birlik məsələsi gündəmə gəlməmiş aralıq qarışdı. Qarşıdan gələn bələdiyyə seçkilərində hər hansı bir formada iştirakı məsələsini önə çəkən müxalif yetkilələr bu seçki prosesində cəmiyyətin rəğbətini qazanıb bir balaca üstünlük əldə etməkdənsə, öz aralarında qırğına başladılar. Biri seçkidə 10 min namizədlə, digər ümumilikdə 10 min namizədlə, bir başqası isə müxalifət koalisiyasının seçkidə qazanmış olduğu ümumi nəticələrin bölünməsini təklif etdi. Beləliklə də, düşərgədə qalmaqal və qarşıdurmalara yenidən start verildi. Daxili münasibətlərini yoluna qoymaqda belə çətinlik çəkən müxalifət yetkililəri hansı sifətlə qarşıdakı seçki prosesinə qatılmaq istəyinə düşüblər.
Hər bir siyasi partiyanın və təşkilatın istənilən bir formada ictimai-siyasi proseslərdə iştirakının məqbul olduğunu, sadəcə olaraq, indi anlamağa çalışan üzdəniraq müxalifət partiya sədrləri, sadəcə olaraq, səs-küy yaratmaqla diqqət mərkəzində qalmağa çalışırlar. Reallıqda isə onların nə sosial bazaları, nə də, əvvələr olduğu kimi, beş quruş manatları qalmayıbdır ki, kiməsə verib özlərinə tərəf çəksinlər. İndii onlar, sadəcə olaraq, bir-birinin "ətini" yeməklə məşğuldurlar. Son 10 ildə müxalifət düşərgəsində bir dənə də olsun yeni bir təşkilatın yaranmadığını və yenicə yaranmış olan "Demokratiya Uğrunda İttifaq" və "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" isə, sadəcə olaraq, oyuncaq olub. Bu təşkilatlarda təmsil olunan partiyaların hamısının müxalifət olmasını və onların, sadəcə olaraq, şəxsi prinsiplərə görə, başqa-başqa qütblərə xidmət etdiyini hamı gözəl bilsə də, onların hansı amala xidmət etmələrini müəyyənləşdirmək çətin olur. Odur ki, indi müxalifət cəbhəsində yaranmış olan bu iki təşkilat, sadəcə olaraq, bir-birinə qarşı dayanmış qüvvələrin maraqlarını ifadə edir. Bu qüvvələrin isə birinin başında adını klassik qoymuş Mirmahmud Fəttayev, digərinin başında isə daha nikbin görünməyə can-baş atan İsa Qəmbərov dayanır. Bu iki şəxs isə beş ildən bir "dost" olur.
Qeyd edək ki, 2003-cü ilə qədər M.Fəttayev İsanın başına "and" içirdi. Sonra isə İ.Qəmbərov Mirmahmudun başına "and" içirdi. Sonra isə düşmən olub söyüşməyə başladılar. Hazırda da biri o birinə düşmən gözü ilə baxır. Məhz bu müşahidə onu göstərir ki, bu iki şəxs öz aralarında müəyyənləşdiriblər ki, bunlar on il "düşmən", on il də "dost" olacaqlar. İndi isə İsanınki İqbalnan düz gətirmir. Onlar ki, dünənə qədər bir yeyib, ayrı yatırdılar. Adam bu müxalifətin simasına baxanda ağlı çaşır. Çünki bu, o qədər qarışıqdır ki, dünyanın iqtisadi xətirəsi bundan asan görünür. İsa ilə İqbalın məsələsinə gəldikdə isə, onlar qeyd etdiyimiz kimi, guya "dost" idilər. Hazırda isə İqbal İsanı yalançılıqda, İsa isə İqbalı hakimiyyətə işləməkdə günahlandırır. Bu yaxınlarda isə "Qarabağ və Respublika Uğrunda Vətəndaş hərəkatı"nda təmsil olunan partiyaların toplantısında Müsavat və "Ümid" partiyası arasında yenidən münaqişə baş verdi. Müsavat icra aparatının rəhbəri Arif Hacıyev İ.Ağazadəni hakimiyyətlə açıq əməkdaşlıqda və bu əməkdaşlığın müqabilində də müxalifətlə olan sövdələşmələrə birbaşa xəyanət edildiyini qeyd edib. Ona görə də, İ.Ağazadənin rəhbərlik etdiyi qurumun müxalifət partiyaları ilə birlikdə seçkilərə qatılmasını məqbul hesab etməyən A.Hacıyev İ.Qəmbərovla da bu məsələ ətrafında danışıqlar apardığını söyləyib. Bütün bunlar isə, onu göstərir ki, baş verənlər müxalifətin yenidən çalxalanacağını və bir sıra parçalanmaların olacağını məqbul edib.