PDF Oxu

Müxalifət

  • 15

Müsavatla AXCP (i) arasında vəziyyət gərgin olaraq qalmaqdadır

Müsavatla AXCP (i) arasında vəziyyət gərgin olaraq qalmaqdadır
Radikalların bir araya gəldiyi müxalifət düşərgədə qeyri-normal proseslər baş verməkdədir. Müsvat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev kimi "bəy"lərin bi araya gəldiyi düşərgədən bundan artıq nə gözləyəsən? R.Quliyevin rəhbərlik etdiyi "ACP" dünyaya ölü gəldi. Ümumiyyətlə, belə bir partiyanın mövcud olmasını söyləmək yalan olar. Digər radikal partiyalar da ölü vəziyyətdədir.
İ.Qəmbərovun Müsavat partiyası başqanlığından getməsi adıçəkilən partiyada gərgin vəziyyəti daha da artırıb. Belə ki, Müsavatdaxili quruplaşmalar təxribatçı fəaliyyətlərini daha da artırıblar. Vurğun Əyyub, Rauf Arifoğlu, Arif Hacıyev kimi qrup rəhbərləri biri-birilərinə qarşı ciddi kampaniyalar aparırlar. Çünki onlar bilirlər ki, İsa "bəy" gələn il başqan seçkilərində dəstəklənməyəcək, həm də bu, partiyanın nizamnaməsinə ziddir. Bu isə, partiyadaxili quruplaşmalara daha çox imkan yaradır. Ancaq quruplar arasında davam edən bu qarşıdurmalar daxili çəkişmənin daha da şiddətlənməsinə səbəb olub. Bütün bunların nəticəsidir ki, R. Arifoğlu əbədi olaraq İ. Qəmbərovla yollarını ayırdı. Görəsən, bir kresloya görə partiya yoldaşları arasında düşmənçilik yaratmağa nə ad vermək olar? Onlar bunu siyasətmi adlandırırlar? Ümumiyyətlə, Müsavat daxilində, o cümlədən, digər radikal müxalifət partiyaları daxilində gedən çirkin proseslər, qarşıdurmalar, onu deməyə əsas verir ki, radikal düşərgəyə demokratik düşüncəyə malik insanlar - gənclər gəlməlidir.
Başı bəlalı olan Müsavatla AXCP (i) arasında baş verən münaqişə də səngimək bilmir. Məlumata görə, tərəfləri qızışdıran R. Arifoğludur. Belə ki, Rauf "bəy" Müsavatdan, ümumiyyətlə, radikal düşərgədən heyfini almaq üçün belə bir addım atıb. Onsuz da AXCP (i) ilə Müsavat arasında vəziyyət çoxdan gərgin olub. Hətta tərəflər uzun vaxt ərzində biri-birilərini ittiham etməkdən, təhqir etməkdən belə çəkinməyiblər.
Beləliklə, radikal düşərgədə gedən proseslər, onu deməyə əsas verir ki, düşərgə yaxın gələcəkdə tamamilə tarixin arxivinə gedəcək.

Digər xəbərlər