PDF Oxu

Müxalifət

  • 10

“Ümid” və Müsavat partiyaları yenidən qarşı-qarşıya

“Ümid” və Müsavat partiyaları yenidən qarşı-qarşıya
Son zamanlar müxalifət düşərgəsində dartışılan məsələlər içərisində "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" daxilində baş verən olaylar daha çox diqqət mərkəzindədir. Heç bir halda partiya maraqlarını kənara qoyub ümumi cəmiyyət maraqlarından çıxış edə bilməyən müxalifət yetkililəri bələdiyyə seçkisi öncəsi daha aktiv görünmək üçün müəyyən jestlər etməyə səy göstərdilər.
Amma bütün hallarda onların bu istəkləri puç oldu. Çünki əzəli müxalifət adlandırılan düşərgə təmsilçiləri arasında heç bir halda normal münasibətlər mövcud olmayıb. Onlar hər vəchlə öz prinsiplərini yedirdərək müxalifəti iflic ediblər. İndi isə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müxalifət düşərgəsi də özünü aktiv göstərmək istəyinə düşüb. Bir tərəfdən daxili didişmələr məngənəsində sıxılan müxalifət, digər tərəfdən əməkdaşlıqda guya maraqlı görünən müxlifətin, əslində, hansı məqsəd uğrunda çarpışdığını anlamaq mümkün deyil. Bu anlaqsızlıq şəraitində isə müxalifət nədənsə özünü hərəkətdə olduğu kimi göstərir. Əslində isə, düşərgə hazırda ən kritik və son dövrlərini yaşayır.
Onu da qeyd edək ki, Müsavat partiyası həmişə "Ümid" partiyasına qarşı soyuq yanaşıb. İndi isə bu məsələ özünü daha qabarıq formada büruzə verməkdədir. Keçən həftə "Ümid" partiyasının qəragahında keçirilən hərəkatın toplantısı məhz bu iki partiya arasında olan nifaqdan dolayı, sözün əsil mənasında, qarşıdurma meydanına çevrildi. Müsavat icra aparatının rəhbəri Arif Hacıyev açıq şəkildə "Ümid" partiyasını hakimiyyətlə əməkdaşlıqda günahlandırıraq, indi də belə bir əməkdaşlıq üçün imkan əldə etdiyini bildirib. Bütün hallarda İ.Ağazadəni və onun rəhbərlik etdiyi qurumun hakimiyyətlə əməkdaşlığa səy göstərdiyini bildirən A.Hacıyev bunun üçün onda kifayət qədər faktların olduğunu da gizlətməyib. Açıq şəkildə davam edən qarşılıqlı ittihamlar hərəkatın ümumi iş qrafikinə həsr olunmuş toplantının işini tamamilə pozub. Öz növbəsində isə, xarici donor təşkilatlardan tam asılı hala düşmüş Müsavat partiyasının cəmiyyət üçün gərəksiz bir quruma çevrildiyini qeyd edən İ.Ağazadə onların kiminlə işləməyə qərarı, sadəcə, özlərinin verdiyini də dilə gətirib. Bütün bunlar isə adı hallanan hərəkatın iflic olmasına və sıradan çıxmasına səbəb olub. Çünki hərəkatda təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu da belə bir vəziyyətin uzun müddət davam edəcəyi təqdirdə, normal münasibətlərin tamamilə yox olacağını və müxalifət düşərgəsində daha qalmaqallı problemlərin yaranacağını gizlətməyib.

Digər xəbərlər