PDF Oxu

Müxalifət

  • 10

Radikallar bələdiyyə seçkilərindən niyə qorxurlar?

Radikallar bələdiyyə seçkilərindən niyə qorxurlar?
Keçən il radikal düşərgə üçün əsil iflas dövrü kimi yaddaşlarda qaldı. Artıq radikal müxalifətin heç nəyə yaramadığını onun öz funksionerləri də qəbul edirlər. Əslində, etməsələr nə olacaq, başqa çıxış yolları varmı?! Elə götürək son prezident seçkilərini və yaxud da referendumu. Hər iki seçki zamanı müxalifət boykot çağırışı edirdi. Lakin xalqımızın hər iki seçkini uğurla başa vurduğunu görən müxalifətin boykot bəyanatına, hətta daxillərində də tam dəstək verən olmadı. Prezidentliyə namizədlikləri irəli sürülənlər arasında müxalifət təmsilçilərinin də olması radikal müxalifətin arzusunu ürəyində qoydu. Eyni zamanda, Konstitusiyada edilən əlavə və dəyişikliklərə etirazları da bir nəticə  vermədi.
Bu günlərdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun müxalifətin hazırkı durumunu xarakterizə edən açıqlamaları, düşərgədə böyük çaxnaşma yaradıb. R.Arifoğlunun açıqlamaları, əslində, Azərbaycan müxalifətinin yola saldığımız 2008-ci ilin sonundakı vəziyyətinə bir baxışdır. Prezident seçkilərindən öncə R.Arifoğlu müxalifətin boykot taktikasını qəbul etmədiyi kimi, bu gün də onların bələdiyyə seçkiləri ilə bağlı cəfəngiyyatlarını mənasız və boşboğazlıq kimi qələmə verir. R.Arifoğlu məqaləsində yazır: "Özünü "ana müxalifət" adlandıran qüvvələr istər prezident seçkilərinin, istərsə də referendumun nəticələrinə təsir edə bilmədilər. Çünki müxalifət artıq ictimaiyyət tərəfindən nəinki qəbul edilir, heç tanınmır".
Müxalifətin ünvanına baş yazarın "Yeni Müsavat"da verdiyi açıqlamasında "Bu seçkidə də seçkini boykotçu müxalifət udacaq" fikrini bildirməklə, o, müxalifəti növbəti dəfə ələ salmaq istəyənində olduğunu bir daha qabaqcadan deyir. R.Arifoğlu  bələdiyyə seçkiləri ilə bağlı Müsavatın rayon təşkilatlarının toplantı keçirmək planının heç bir nəticə verməyəcəyini deməklə, onları "utanmasan, oynamağa nə var ki" atalar sözü ilə tənbeh etmək istəyir. Həmçinin, onu da bildirir ki, İsa Qəmbərov kimi hiyləgərin özünü "ana müxalifət" adlandırması həyasızlıq deyil, bəs nədir? Hətta R.Arifoğlu bu açıqlamanı Müsavat qərargahında keçirilən toplantı iştirakçılarının yanında da səsləndirdiyini qeyd edir. Baş yazar məqaləsində onu da qeyd edir ki, İsa bəyin üzünə açıq-aydın öz fikrimi bildirdim: "Budəfəki boykot oyunu baş tutmayacaq. Çünki gərək adamda bir düşüncə ola. Ancaq düşüncəsizin bələdiyyə seçkilərində yenidən boykot çağrışı heç də təəccüb doğurmur. "
Müsavat funksioneri hazırkı durumda radikalların növbəti boykot yolu tutmağının heç bir nəticə verməyəcəyini də bildirib. Onun qənaətincə radikal düşrgədəki qüvvələr, əvvəllər olduğu kimi, yenə də öz maraqları üçün çapalayır və onlara müxalifətin əməkdaşlığı ilə bağlı heç nə lazım deyil. R.Arifoğlu bunu onunla əlaqələndirib ki, bu qüvvələrin hər biri tamam başqa-başqa qüvvələrə xidmət edirlər.
Göründüyü kimi, R.Arifoğlunun açıqlamasında müxalifətin perspektivinə inamsızlığı açıq ifadə olunur. "Öz aləmində 2013-cü ilə qoruyub-saxlamaq təşəbbüsü göstərdilər" cümləsində ironik yanaşma aşkar görünür. Baş yazar öz gələcək fəaliyyəti ilə bağlı suala cavab olaraq bildirir ki, uğursuz müxalifətlə, o cümlədən, Müsavat başqanı İsa Qəmbərovla bir yerdə olmaq niyyətində olmadığı üçün bir sırada olmağı təhqir sayır: "Elə buna görə də, gec də olsa ondan ayrıldığım üçün özümdə bir sakitlik hiss edirəm. Sağlıq olsun, yeni partiya yaratmaqla öz siyasi fəaliyyətimi davam etdirəcəyəm".
Rauf Arifoğlu bugünkü müxalifətin olduqca zəif, rəzil və əlacsız durumda olduğunu da bildirir. Onun sözlərinə görə, böyük ehtimalla, bu ildə də müxalifət birləşib ciddi siyasi gücə çevrilə bilməyəcək.  Bunun ilkin işartısı isə indidən başlanan radikal düşərgədaxili "razborkalar"dır.

Digər xəbərlər