PDF Oxu

Müxalifət

  • 13

Müxalifət düşərgəsi barıt çəlləyinə bənzəyir

Müxalifət düşərgəsi barıt çəlləyinə bənzəyir
Siyasi arenada diqqətçəkən məqamlardan biri də bəldiyyə seçkiləri ərəfəsi müxalifət düşərgəsindən növbəti istefaların baş verməsidir. Bu isə, son dərəcə kritik dövr yaşayan müxalifətin bələdiyyə seçkilərində acınacaqlı məğlubiyyətlə üzləşəcəyindən xəbər verir. Çünki dağınıq və pərakəndə halda olan, üzvlərinin əsas hissəsini itirən müxalifət bələdiyyə seçkilərində sadə fəallıq göstərmək belə, imkanına malik olmayacaq. Düzdür, bəzi maddi cəhətdən təmin olunmuş partiya sədrləri yüksək boğazdan yuxarı pafoslu bəyanatlar verməklə, cəmiyyətdə varlıqlarını nümayiş etdirməyə çalışırlar. Misal kimi, "Ümid" partiyasının sədri İqbal Ağazadənin "Bələdiyyə seçkilərində böyük üstünlüklər əldə edəcəyik. Artıq bələdiyyə seçkilərində iştir edəcək 3087 nəfər namizədi müəyyənləşdirmişik" deyə bildirməsini göstərmək olar. ADP sədri Sərdar Cəlaloğlu isə, bir qədər də uzunçuluğa yol verərək, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının vacibliyini qeyd edir. Eyni bəsit, məntiqsiz fikirlərlə, təklif və ideyalarla Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və digərləri də çıxış ediblər. Araşdırmalar isə göstərir ki, dil qəhrəmanlarının pafoslu fikirlərinin heç bir məntiqi əsası yoxdur. Çünki "Ümid" partiyasının ümumilikdə 700 nəfər üzvü olmadığı halda bələdiyyə seçkilərinə 3087 nəfər namizəd irəli sürəcəyi inandırıcı görünmür. Olsa-olsa, bu, İ.Ağazadənin xam xəyalları ola bilər. Siyasət isə, xəyallara deyil, faktlara və sübutlara söykənməlidir.
S.Cəlaloğlunun milli maraqlara zidd mövqe tutması isə, onun dağılmaqda olan ADP-nin qarşısını zərərli, pozucu məlumatlarla almaq istəyir. Bu isə, hər kəsə bəlli olan faktdır ki, uğurlara deyil, uğursuzluqlara gətirib çıxaran amildir.
Müsavat başqanı İ.Qəmbərovun və AXCP (i) sədri Ə.Kərimovun boyunlarından böyük sərsəm xarakterli fikirlər səsləndirmələri isə, yalnız özlərinin ziyanına işləməkdədir. Çünki meydan dövrü artıq arxada qalıb. Hər kəs boşboğazlığa deyil, məntiqli, əsaslı fikirlərə əhəmiyyət verir. Təəccüb doğursa da, bu reallığı müxalifət düşərgəsində çabalayan partiya üzvləri ilə yanaşı, funksionerlər də dərk edirlər. Məhz əhliləşmələrinin nəticəsidir ki, Müsavatdan və AXCP (i)-dən istefa verənlərin sayı kifayət qədər çoxdur. Yalnız bir həftə ərzində Müsavatdan və AXCP (i)-dən ümumilikdə 371 nəfər siyasi mənsubiyyətini dəyişib və ya siyasətdən uzaqlaşıb. Xüsusilə də, Ə.Kərimovun rəhbərlik etdiyi dərnəkdən istefa verənlərin sayı daha çoxdur. "Yurd"un qurulmasında müstəsna rolu olan Fuad Mustafayev, Nəriman Qasımoğlu, Akif İslamzadə, Zöhrab İsmayıl və digər partiya funksionerlərinin Ə.Kərimovla əlaqələrini kəsmələri AXCP (i)-nin yaxın vaxtlarda parçalanma prosesini başa vurub, məhvolma mərhələsinə adlayacaqlarından xəbər verir.
Bir sözlə, müxalifət düşərgəsində təmsil olunan partiyalar daxilində ciddi ixtilaflar yaşanmaqdadar. Əgər buraya partiyalararası çəkişmələri də əlavə etsək, düşərgənin tamamilə məhv olmasının vaxtının heç də uzaqda olmadığını deməyə əsas verir.

Digər xəbərlər