PDF Oxu

Müxalifət

  • 13

Müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirak etmək gücü qalmayıb

Müxalifət partiyalarının bələdiyyə seçkilərində iştirak etmək gücü qalmayıb
Cəmiyyətin heç bir halda rəğbətini qazana bilməyən müxalif düşərgə, nəhayət ki, öz sonluğunu özü görə bildi. Çünki inteqrasiya edən bir cəmiyyətin köhnəlikdən çıxış edən qüvvələrə nə ehtiyacı var? Ona görədir ki, özünü müxalifət adalandıran məhfum uzun müddətdir ki, nə irəli nə də ki, geriyə gedə bilir. Hər halda hər bir hərəkət üçün təkan lazımdır.
Əgər bu təkanı müxalifət kənardan öz xalqı əleyhinə iş aparmaq istəyində olan qüvvələrdən alırdısa, onda belə bir halın olması mümkün deyildir. Digər tərəfdən isə etiraf olunası bir çox məsələlər vardır ki, müxalifət də tam səmimiyyətdən uzaq olaraq buna etməyi belə bacarmır. Nədənsə, həmişə öz hərəkətlərinə ad qoyub, don geyindirən müxalifətçilər heç bir halda turşumuş ayranlarına turş demək istəmirlər. Bəlkə də onların belə bir istəyi olsaydı və nəsə yenilik nümayiş etdirə bilsəydilər, o zaman bir söz demək olardı. Sadəcə olaraq, arzular müstəvisində bütün hallarda öz işini qurmağa çalışan müxalifət düşərgə əmək sərf etmədən uğur qazanmaq eşqini də kənara qoymaq istəmir.
İstək və arzular kontekstində isə Əli Kərimovun, İsa Qəmbərovun, Lalə Hacıyevanın, Eldar Namazovun, Mirmahmud Fəttayevin və başqalarının apstrakt ideyaları gerçəkləşən deyil. Çünki daha bu şəxslərdən nəsə bir yeni iş gözləmək qeyri-mümkündür. Artıq cəmiyyət bu şəxslərin iyrənc sifətlərini görüb, adlarını eşitməkdən hiddətə gəlib. Amma nədəndirsə, onlar bu amili hələ də ya başa düşmək istəmirlər, ya da ki, başa düşüb özləri-özlərini qanmaz yerinə qoyublar. Bu cəmiyyətə isə qanmaz siyasətçi lazım deyil. Harada onlara ehtiyac vardırsa, yaxşı olardı ki, onlar üzüsulu həmin ünvana getsinlər. Əks halda, onları daha açıq biabırçılıqlar gözləyir.
Məqsədi və məramı bəlli olmayan bir məhfumun yenə də cəmiyyətdə öz möcudluğunu saxlaması, sadəcə olaraq, ikrah hissi ilə qarşılanır. Misal kimi indiyə qədər ölkəmizdə keçirilmiş bütün seçkilərdə müxalifətin iştirakını və nə səviyyədə özünü göstərməsini nümunə gətirmək olar. Öz mövcudluğu şəraitində nəsə bir müsbət mənada ad qazanıb cəmiyyətdə yaxşı fikir sahibi ola bilməyən qüvvələrdən nəsə gözləməyin adı yoxdur. Radikal prinsipləri əllərində əsas tutub öz maraqları uğrunda çarpışan müxalifət, hansı iyrənc oyun olur-olsun, oynamağa hazırdır. Əgər belə bir halın şahidi və müşahidəçisi olmasaydıq, müxalifətin süddən çıxmış ağ qaşıq olduğunu kim şübhə edərdi. Çox təəsüflər olsun ki, bu belə deyil. Müxalifət nə edibsə, nə iş görübsə qazancı müqabilində də çirkaba batıb. Çünki məqsəd və niyyət çirkli olanda ortalıqğa hasil olan nəticədə məkirli olur. Elə radikal müxalifətin ölkəmizdə keçirilmiş olan bütün seçkilərə bu məqsədlə qatıldığını və qatılmadığını söyləmək daha müqabil olardı. Hər bir seçkiyə özünə məxsus formada don geyindirməyə çalışan müxalifət, əslində, bu anlamda öz üzərinə düşən vəzifənin də çəkisini anlamaqdan çətinlik çəkib.
Amma hər bir halda, seçki cəmiyyətin istəyi ilə formalaşan zərurət kimi qiymətləndirilir. Bu zərurətin arxasında xalqın sifarişi dayanır. Müxalifət isə bu istəkdən çox-çox uzaqdadır. Nəhayətdə isə, indi cəmiyyətimiz qarşıdan gələn bələdiyyə seçkilərinə çox ciddi hazırlaşır. Müxalifət isə, həmişə olduğu kimi, bu seçkiyə də çox pərakəndə və dağınıq halda hazırlaşır. Artıq seçki adı gələn kimi düşərgədə hər kəs özünü "hakim" kimi görməyə çalışdığından onların nifaqı da elə bu prinsip üzərində qurulur. Hələ seçkiyə müəyyən bir müddət qalıb, amma daim olduğu kimi müxalifət yenə də təşviş yaşamaqdadır. Bütün bunlar isə onu göstərir ki, bu düşərgədə hələ də ağıllı bir adam tapılıb onlara yol göstərə bilmir. Əgər belə olsaydı, bu "yazıq" bəndələr də bacardıqları işin qulpundan tutardılar. Onlara seçki-zad yaraşmır. Zərurət bunu tələb etdiyindən, müxalifətin məkirli niyyəti də baş tutmur ki, tutmur. Elə heç bir vaxt da baş tutası deyil.

Digər xəbərlər