PDF Oxu

Müxalifət

  • 10

“ACP” yoxa çıxıb...

“ACP” yoxa çıxıb...
Müxalifət düşərgəsində baş verən son olaylar, onu deməyə əsas verir ki, düşərgə tamamilə məhv olmaq üzrədir. Düşərgədə getdikcə istefaların sayı artır. Buna səbəb isə partiya daxili təzyiqlərdir. Doğrudan da, son illər tək "ACP"-də deyil, bütün üzdə olan müxalifət partiyalarının hamısından istefalar olub. Bir sözlə, istefalar bütün partiyalarda var. Siyasi müşahidələr göstərir ki, "ACP" tamamilə məhv olub. Bu da, onu deməyə əsas verir ki, bu gedişlə müxalifətdəki səssiz istefalar artacaq. Müsavat, "KXCP", ADP, AXCP (i)-də dağılıma prosesi sürətlənəcək. Düzdür, baş verənləri partiyalarda nəsil dəyişikliyi ilə əlaqələndirirlər. Bu fikir reallığa uyğundur. Amma istefalar təkcə nəsil dəyişikliyi ilə bağlı deyil. Neçə illərdir ki, müxalifət uğursuzluq zolağından çıxa bilmir. Hər seçkidən sonra məğlub duruma düşən müxalifət daxilində didişmə başlanır. Mənasız qovğalar insanları tükədir, aşındırır. Son iki seçkidən sonra müxalifətin qara piar maşınının hədəfinə gəlib düşərgəni tərk edənlər az deyil. "ACP"-nin istefaya gedən sədri Akif Şahbazov isə partiya liderinin müşaviri Zəminə Dünyamalıyevanın badına getdi. Xanım müşavirin partiyanı dağıtmağına göz yuman partiya lideri onu günahkar saymayıb. A.Şahbazovun gedişinin pis tərəfi odur ki, başqaları da ona baxacaq, müxalifət partiyasından getmək daha "ayıb iş" olmayacaq. Hamı sakit həyata üstünlük vermək istəyəcək. Bir sözlə, "ACP" müxalifət üçün olduqca təhlükəli presedentin əsasını qoydu, pis cığır açdı.

Digər xəbərlər