Müxlifət düşərgəsi seyrəlməkdə davam edir
Müxalifət düşərgəsində seyrəlmə- "yarpaq tökümü" prosesi uzun müddət idi ki, davam edirdi. Radikal düşərgənin siyasətbaz "bəy"ləri- AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov müxalifət düşərgəsində hər şeyin normal olduğunu bildirsələr də, vəziyyət tam əksinədir. Necə deyərlər, görünən dağa nə bələdçi? Müxalifət düşərgəsi və onun başqanları iflic olublar. Əksər müxalifətçilər isə öz "bəy"lərinin çirkin, məkrli siyasətlərindən beziblər. Siravi AXCP (i)-çilər, müsavatçılar, AMİP-çilər, ALP-çilər radikal düşərgədən üz çevirirlər. Bu da onu göstərir ki, "bəy"lər tərəfdarlarını heç bir şirnikləndirici vədlərlə aldada bilmirlər.
Məlumata görə, bu ilin sonuna qədər bir çox müxalifət partiyaları siyasi fəaliyyətlərinə son qoyacaqlar. Bu partiyalar arasında Müsavat, AXCP (i), "ACP" əsas yer tutur. Belə ki, heç bir fəaliyyəti olmayan "ACP" Məclisinin yaxın zamanlarda toplantı keçirəcəyi bildirilir. Təbii ki, bu iclasın gərgin keçəcəyi heç kəsdə şübhə doğurmur. Belə ki, partiyanın "fəaliyyəti"ni hər zaman tənqid edən Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva adıçəkilən "partiyanın fəaliyyəti"nə son qoyulmasını istəyir. Bu isə partiyada yenidən qarşıdurmaya səbəb olub. Okeanın o tayında kef edən Rəsul "bəy" isə partiya işlərinə, sədr seçiminə qarışmayacağını bildirib. Başsız qalan "ACP"-nin başı üzərindən qara buludlar çəkilmir. Bu isə "ACP"-çilərin partiyadan və R. Quliyevdən üz çevirəcəyi ilə nəticələnək. Artıq partiya daxilində bu proses getməkdədir. Adını çəkilməsini istəməyən "ACP"-çi bildirib ki, biz Rəsul "bəy"in bizlərə sayğısızlığından, Zəminə xanımın "boss"luğundan bezmişik. Bütün bunları nəzərə alaraq, biz müxalifət düşərgəsində təmsil olunmaqdan imtina edəcəyik.
AXCP (i)-də də qeyd etdiyimiz kimi, vəziyyət daha da pisləşib. El məsəlində deyildiyi kimi, balıq başdan iylənər. Elə adıçəkilən partiya da başdan iylənib. AXCP (i)-nin başında duranların başları çoxdan iylənib. Onlar hər hansısa partiyaya rəhbərlik etmək iqtidarında deyillər. Məlumata görə, Əli Kərimovun digər muavinləri də AXCP (i) ilə yollarını ayıracaq. Məlumatda o da qeyd olunur ki, partiyadan istefa verən Fuad Mustafayev yeni partiya yaradacaq. Digər AXCP (i)-çilər yeni yaradılacaq partiyaya üzv olacaq. Əli "bəy" ilk belə zərbəni Qulamhüseyn Əlibəylidən aldı. O, Məclis sədrliyindən istefa verərək, "Aydınlar" partiyası yaratdı və Ə.Kərimovun tərəfdaşları ondan üz çevirdi. Əli "bəy" digər zərbəni F.Mustafayevdən alacaq. Bu da AXCP (i)-nin süqutu ilə nəticələnək.