PDF Oxu

Müxalifət

  • 8

Sosial bazası tükənən müxalifət

Sosial bazası tükənən müxalifət
Prezident seçkisində və referendumda məğlub və aciz simada çıxış edən pərakəndə və miskin vəziyyətdə olan müxalifətin uğursuz addımları ardıcıl olaraq fiaskoya uğrayır. Lakin öz abırlarına sığmayan radikallar bələdiyyə seçkiləri ərəfəsi növbəti şou yaratmağı planlaşdırır. Məlumata görə, bu günlərdə AXCP (i) və Müsavatın siyasi əməkdaşlıq məqsədilə apardıqları danışıqların nəticəsiz başa çatmasından sonra, yeni plan hazırlanır. Sosial bazası tükənən radikallar bələdiyyə seçkilərini boykot etmək məqsədilə yenidən aksiyalar keçirməklə küçələrə çıxmağı planlaşdırır. Ancaq bu böhtançılar başa düşmürlər ki, onlar bu addımları ilə ictimaiyyətin növbəti qınağına düçar olacaqlar.
AXCP (i)-nin İmişli rayon təşkilatının sabiq üzvləri Vahid Aslanov, Şirzad Baxışov, Rəhim Gərayzadə "Səs"ə açıqlamalarında bildirdilər ki, 18 ildən çoxdur ki, İsa Qəmbərovla Əli Kərimovun fırıldaqlarının şahidi olmuşuq: "Belə həyasız və hiyləgər adamlarla necə bir yerdə olmuşuq, möcüzədir. Yenidən aksiya keçirmək və yaxud da seçkiləri boykot etmək fikrini ortaya atmaqla bir daha ictimaiyyətin növbəti qınağına düçar olacaqlar. Bir də, onlar elə həyasızlaşıblar ki, üzlərinə tüpürülən tüpürcəyi belə silib, heç bir şey olmamış kimi özlərini aparmağı bacarırılar".
Sabiq partiya üzvləri onu da bildirdilər ki, müxalifət liderlərinin bu günə kimi çirkin oyunlarından iyrənirlər. Nə qədər təlxəklik etmək olar? Xalq artıq bu oyunbazların çirkin oyunlarına inanmır. Biz də bu gün həm ailəmiz, həm də ictimaiyyət qarşısında xəcalət çəkirik. Bu neçə ili onların kim olduğunu daha aydın gördük. Hazırın naziri olmaq istəyən bu şüarbazlar ötən referendumda da belə hay-küy salırdı. Bu gün isə bələdiyyə seçkilərinə etiraz edirlər. Bu, belə də olmalı idi. Çünki müxalifət özünü 2003-2005-ci illərdə xərcləyib qurtarıb. Bütün sosial dayaqları sarsılıb. Hazırda xırda narazılıq hiss edən kimi ondan istifadə etməyə can atırlar.
Vəhdət partiyasının sədri Tahir Kərimli də müxalifətin hazırına nazir olmaq istəyini bildirdi. T.Kərimli müxalifətin gücünün sıfır olduğunu söylədi: "Ölkədə baş verən ictmai-siyasi proseslərdə müxalifətin gücü hiss olunur? Xaricdən müəyyən dəstək almağa arxalanan düşərgə təmsilçiləri artıq bu dəstəkdən də məhrum olublar. Bu gün onlar klub səviyyəsində fəaliyyət göstərirlər. Xalq artıq onların çağırışlarına gəlmir və onların kütləni bir araya toplamaq imkanı məhduddur. Azərbaycan müxaliftinin bugünkü vəziyyətini görməmək mümkün deyil. Nə qədər bloklar yaratmağa çalışsalar da, birləşmək meyilləri olsa da, bu, bir səmərə verməyəcək. Bir yerdə olduqları vaxt nə ediblər ki, gücsüz vəziyyətdə nə edə bilsinlər."
T.Kərimli belə hesab edir ki, Müsavat-AXCP (i) cütlüyünün bir-birləri ilə it-pişik kimi dolandıqları halda seçkiərəfəsi birlik nümayiş etdirməsi, biabırçı uğursuzluqla nəticələnən aksiyalar keçirmək planları çox iyrənc və ağılsızlıqdır: "Əvvəla, deyim ki, müxalifətin, o cümlədən, Müsavat və AXCP (i)-nin mitinq və ya piket keçirmək imkanı yoxdur. Bunu keçirilən piketlərin nəticəsi bir daha göstərir. Bu səviyyəsizlər cəmiyyətin hansısa məsələyə narazı olaraq, addım atmalarını gözləyirlər. Azərbaycan cəmiyyətində isə belə bir reaksiyanın olacağına inanmıram. Müxalifət öz səhvlərini iqtidarda deyil, keçmişində axtarmalıdır. Şüarbaz və boğazdanyuxarı çıxış edən müxalifət bildirir ki, guya bu seçkilərə xalq öz etirazını bildirəcək. Ancaq bu bədbəxtlər özləri də yaxşı bilir ki, xalq keçirilən hər bir seçkidə yüksək fəallıq nümayiş etdirməklə öz istəklərini nümayiş edirirlər.
Göründüyü kimi, sosial bazası tükənən müxalifətin budəfəki fırıldağı da baş tutmayacaq.

Digər xəbərlər