PDF Oxu

Müxalifət

  • 12

“ACP”, Zəminə Dünyamalıyeva və onun qarayarası

“ACP”, Zəminə Dünyamalıyeva və onun qarayarası

"ACP"-də daxili durumun necəliyini müəyyənləşdirmək üçün partiya sədri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva ilə görüşməyi lazım bildik. O, "ACP"-nin hər hansı üzvü ilə üz-üzə durmağın siyasi reytinqi ilə əkslik təşkil etdiyini bildirdi və partiyada heç bir tanınmış funksionerin qalmadığını söylədi. Sualları özüm vermək məcburiyyətində qaldım. Ancaq qafiyəni Z.Dünyamalıyeva tutdu:

Nyu-Yorkda Rəsul yatıb, deyəsən,
"ACP"-nin səsi batıb, deyəsən.

Birinci mən başladım. Z.Hacıyeva isə cavab verməklə kifayətləndi.

Mirzə Qərənfil:

Dedilər ki, Rəsul fikrə dalıbdı,
Lövbərini Nyu-Yorkda salıbdı,
Okeanın o tayında qalıbdı,
Lider yenə sizə atıb, deyəsən.

Zəminə Dünyamalıyeva:

Bir soruş ki, Rəsul bizə yaddımı?
Bir yardımı bizə gəlib çatddımı?
Biz atarıq analoji addımı,
Artıq bunun vaxtı çatıb, deyəsən.

Mirzə Qərənfil:

Bir cədvəldə balınız yox, deyirlər,
Sənədlərdə qolunuz yox, deyirlər,
Partiyada rolunuz yox, deyirlər,
Haqlıların ahı tutub, deyəsən.

Zəminə Dünyamalıyeva:

Bu yalandı, dalmamışıq çorta, yox,
Çətin bundan mənim dərdim arta, yox,
Məndən yaxşı siyasətçi burda yox,
Bədxahlarım xeyli artıb deyəsən.

Mirzə Qərənfil:

Deyirsən ki, əməllərin çeşmədi,
Sən birinci, başqaları heç nədi,
Rəsul səni niyə sədr seçmədi?
Yoxsa səni o, unudub, deyəsən?!

Zəminə Dünyamalıyeva:

Herkel qalsın, Qross başına dəysin,
Bəslədiyim bu most başına dəysin,
Seçmədisə, bu post başına dəysin,
Mövqeyimi duyub-dadıb, deyəsən.

Mirzə Qərənfil:

Vətən daşı olanlara qıymısan,
Qarayara deyib, düşmən saymısan,
Kimə gəldi, bu bəlanı yaymısan,
Qarayara səndə artıb, deyəsən.

Zəminə Dünyamalıyeva:

Mən Rəsula "para-para" demişəm,
Pul çatmayıb, yazva-xora demişəm,
Çoxlarına qarayara demişəm,
Hamısı da kəfən yırtıb, deyəsən.

Mirzə Qərənfil:

Bəyənməmək yolu tutdun hamını,
Nuş eylədin nüfuzsuzluq camını,
Sevindirdin "ACP"-nin xamını,
Səndən başqa hamı udub, deyəsən.

Zəminə Dünyamalıyeva:

Uğurludur, can-can edir, reytinqim,
Tülkünü də Aslan edir, reytinqim,
Ən zirvədə cövlan edir, reytinqim,
Rəsul onu xeyli dartıb, deyəsən.

Mirzə Qərənfil:

Partiyada pislədiniz çoxunu,
Kim gizlətdi yayı, atıb oxunu?
Murdarlayıb kim kimin var-yoxunu?
Son olaraq, deşib-yortub, deyəsən.

Zəminə Dünyamalıyeva:

Olmamışdı Rəsulla bir qərəzim,
Nə də ki, Akiflə sövdə həvəsim,
Tutsun onu qarayara mərəzim,
Rəqiblərim çoxdan qartıb, deyəsən.

Mirzə Qərənfil:

Qərənfiləm, yalanla yoxdu aram,
Nahaq yerə heç bir kəsi sancmaram,
Həqiqətlə, ədalətlə mən varam,
Qarayaran şok yaradıb, deyəsən.

Zəminə Dünyamalıyeva:

Zəminəyəm, böhtan gəlməz vecimə,
Tapşırıram qurumdakı gicimə,
O da bükər bədxahları cecimə,
Belələri qatar-qatar, deyəsən.

Meyxanadan sonra üzərimə hücum edən Z.Dünyamalıyevanı görüb, söyüş-nifrininə məhəl qoymadan, qaçıb aradan çıxdım.

Digər xəbərlər