PDF Oxu

Müxalifət

  • 9

“MBH” rəhbərinin növbəti açıqlaması

“MBH” rəhbərinin növbəti açıqlaması
Bələdiyyə seçkiləri ərəfəsi müxalifət düşərgəsində qeyri-etik proseslər baş verməkdədir. Ölkəmizdə keçiriləcək növbəti seçki prosesinin də demokratik və kütləviliyi baxımından olduqca yüksək səviyyədə baş tutacağından narahatlılıq keçirən müxalif düşərgə "sakinləri" bu prosesdən də kənarda qalacaqlarına artıq əmindirlər. Məhz bu baxımdan da, müxalifətin son dərəcədə acınacaqlı bir duruma düşməsi, daxildə arasıkəsilməz intiriqaların başlanması proselərin düşərgəni iflic edəcəyinə zəmanət verir. Ona görə də, artıq son on beş gündə müxalifət düşərgəsindən gizlin və aşkar formada istefa verənlərin sayı durmadan artmaqdadır. Qarşılıqlı münasibətlər müstəvisində müxalifətin tam iflic bir vəziyyətə düşdüyünü düşərgə təmsilçiləri də artıq etiraf etməkdədirlər.
Bu baxımdan da, müxalifət düşərgəsində baş qaldırmış etiraz dalğalarının bu dəfə sakit bir formada sona çatması olduqca çətin və gözlənilməz görünür. Hadisələrin gedişi isə göstərir ki, müxalifətçilər yenidən daha kəskin formada bir-birinə qarşı dayanmasalar, onların bu davası çox çətin öz məcrasına düşsün. Çünki yaranmış olan situasiyanı hərə öz istəyinə uyğun formada bir cür şərh edərək, günahı bir-birinin boynuna atmaqla məşğuldur. Düşərgədə isə köhnə sakinlərlə yenilər arasında ayrı-seçkilik prinsipləri onların tam olaraq yenidən bir-birinə qarışacağı ilə nəticələnəcək. Reallıqda isə onların ilk bu yöndə davasının başlanğıcını müşahidə etmək olur. Özünü müxalifətin tam sahibi kimi tərənnüm edən Azərbaycan Liberal Partiyasının formal sədri, həmçinin, özününküləşdirdiyi "Milli Birlik Hərəkatı"nın lideri Lalə Hacıyeva, düşərgənin məhz bu cür durumla üzbəüz qalmasında bir sıra şəxslərin barmağının olduğunu bildirib. O, iddia edir ki, müxalifət daxilinə düşmüş bəzi şəxslər burada ancaq intriqalar yaratmaqla məşğuldurlr. Məhz belə olan təqdirdə, normal münasibətlərin formalaşmasından söhbət açmağın lüzümsuz olduğunu bildirən L.Hacıyeva, konkret şəxslərin bu işlə məşğul olduğunu söyləyib. O, qeyd edib ki, əksər partiyalar son bir ayda fəaliyyət prinsiplərini tamamilə itirməli olub. Bunun da başlıca səbəbələrini kənar qüvvələrin diqtəsi ilə baş verdiyini bildirən L.Hacıyeva bələdiyyə seçkilərinə start verilməsinə kimi, qalmaqal yaradan şəxslərin müxalifət sıralarını tərk etməyi tələb edib. ALP lideri vurğulayıb ki, bəzi müxalifət adı altında düşərgəyə daxil olmuş şəxslər sifarişlə mövcud durumu yaratmağa nail olublar. Onların sırasında özünü üzdə demokrat, gizlində isə başqa işlərin sahibi - "Azərbaycan Naminə İctimai Forum"un prezidenti kimi təqdim edən Eldar Namazovun daha aktiv olduğunu bildirən L.hacıyeva ona müxaliftdaxili işlərə qarışmamağı tövsiyə edib. Onun sözlərinə görə, bir sıra müxaliftçilər kimi o da "kuryer"liklə məşğuldur.
L.Hacıyeva onu da bildirib ki, müxalifət düşərgəsində seçkisonrası baş verən prosesləri birbaşa seçimlə əlaqələndirən yetkililər bələdiyyə seçkiləriərəfəsi bir sıra məqamlarda ehtiyatlı olmaq barəsində düşünməlidilər. Bu istiqamətdə isə ilk addımı sonradan müxalifət cəbhəsinə qoşulmuş şəxslərə qarşı həyata keçirməyi qarşıya məqsəd qoyan L.Hacıyeva düşünülməmiş qərarların acı nəticəsindən sığortalanmaq üçün "səlib yürüşü"nə başlamağı qərarlaşdırıb. Daha doğrusu, reallıq isə göstərir ki, indiki halda bir-birinə qarışmış müxalifətin qarşıdakı seçkilərə kimi tam iflasa uğrayacaq: "Ona görə də, müxalifət düşərgəsində təmsil olunan Eldar Namazov kimilərinin gecələr "kuryerlik" etməsinin bir nəticəsi olmayacaq. Çünki "köhnə"lər seçkiərəfəsi prosesi indidən müəyyənləşdirərək, yenə da nisbətən kiçik qurumları qabağa verməklə özlərini kənarda saxlamağa çalışacaqlar. E.Namazov kimilər isə, daldan baxan olacaq".

Digər xəbərlər