PDF Oxu

Müxalifət

  • 11

Əvəz Temirxan partiya sədri olmaq istəyir

Əvəz Temirxan partiya sədri olmaq istəyir
Müxalifət daxilində hərə özünü "dahi", "lider" kimi aparır. Görəsən, bunlar hansı bir uğurlu işə imza atıblar ki, indi də belə qürrələnirlər. Hər yerindən duran radikal "bəy" hakimiyyətə gəlmək, prezident olmaq istəyir. Bələdiyyə seçkilərinə isə qatılmırlar. Deyirlər ki, biz hara, bələdiyyə sədri hara? O vəzifə kiçik vəzifədir. Adama deyən gərəkdir ki, xalqa, millətinə, vətəninə xidmət etmək üçün vəzifənin böyüyü, kiçiyi yoxdur. Ancaq bir məsələ aydındır ki, onlar bələdiyyə sədri olmayacaqlarını hiss etdikləri üçün dekabrda keçiriləcək seçkilərə qatılmırlar. Onsuz da bilirlər ki, xalq onlara etimad göstərməyəcək. Qaldı ki, parlament seçkilərinə, müxalifət düşərgəsindən millət vəkili seçilənlərin çoxusu mandatlarından imtina edirlər. Bu da radikalların seçicilərə qarşı hörmətsizliyidir. Prezident seçkiləri isə çatanda, "boykot" qərarı verirlər. Ümumiyyətlə, onlar boykot qərarı verməklə, özlərini boykot edirlər. Müsavatın aydan arı, sudan duru başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov prezident olmaq istəyir. Hansı üzlə, hansı əməllərlə, hansı etimadla və hansı səslə? Necə deyərlər, ac toyuq yuxuda darı görər. Məhz hər dəfə seçkilərə qatılmamaq, boykot qərarı vermək onları iflic edib.Yəni RADİKAL MÜXALİFƏT İFLİC OLUB. Onların bu xəstəlikdən sağalacağı isə inandırıcı görünmür. Artıq siyasət xəstəliyinə tutulan radikal "bəy"lər özləri də psixoloji, fiziki cəhəddən xəstəliyə tutulublar. Ona görə də "bəy"lər tez-tez xaricə müalicə olunmağa gedirlər. Sonra da deyirlər ki, xaricdə nüfuzlu ictimai-siyasi xadimlərlə görüşürük. Təbii ki, heç kəs bunların yalanlarına inanmır. Nə qədər yalan danışmaq olar? Görəsən, "bəy"lər bu yalanlarından utanmırlarmı? Çətin ki, utansınlar. Əgər belə olsaydı, onlar çoxdan siyasətdən gedərdirlər.
Radikal müxalifət düşərgəsində partiyalar daxilində qarşıdurmalar davam edir. Bu qarşıdurmalar da partiyaların süqutuna gətirib çıxarır. Yəni radikal müxalifət düşərgəsində hərə özünü ağa kimi aparır. Necə deyərlər, "sən ağa, mən ağa, inəkləri kim sağa?"

Digər xəbərlər