Əli Kərimov qurultay deyə-deyə qalıb
Əli Kərimov İsa Qəmbərovla olan "razborkasını" öz xeyrinə dəyişmək və prezident seçkilərindən sonrakı dönəmə "ana müxalifət rəhbəri" kimi başlamaq üçün var gücü ilə Müsavatın Ə.Kərimovdan daha betər "gündə" olan başqanını öz daxilindən vurmağa başlayıb. Demək olar ki, "Yurd" şefi bu qərarında israrlıdır və ona bu məsələdə "Yeni Müsavat" qezeti əməllicə dəstək olur.
Neçə müddətdir ki, ona qarşı "təxribat olacağı" barəsində yalan-palan yazılar dərc etdirən Ə.Kərimov, bununla da, prezident seçkilərindən sonrakı boşluğu, bələdiyyə seçkiləri ərəfəsi doldurmaq istəyir. Ancaq nə faydası. Onsuz da bu Ə.Kərimovdan başlamış digərlərinə qədər bir çoxları elə şəkildə tükəniblər ki, daha onların felinə uyası bir axmaq da qalmayıb. Elə beynəlxalq təşkilatlarda da. İndi müxalifət bələdiyyə seçkilərinin vaxtının azaldığı bir zamanda, çalışır ki, beynəlxalq təşkilatlardan bir-iki manat dəstək alsın. Amma kimdir onlara bir sent verən? Həbsxanlardakı ən qatı caniləri pul müqabilində "siyasi məhbus" kimi Avropa Şurasına "sırıyan", milli maraqları bir kənara tullayıb, ən alçaq satqınçılıq işləri törədən bu "siyasi maşenniklər"dən AŞ PA da artıq çoxdan beziblər. Andreas Herkel kimi bir müxalifətpərəst də onlardan üz çeviribsə, daha nə danışasan?
Amma məsələ başqa yöndədir. Belə ki, müxalifət daxilində Müsavatla və AMİP-lə burun-buruna gələn AXCP (i) sədri, indi öz daxlindəki problemlərin girdabında boğulur. Demək olar ki, Ə.Kərimov çətin durumdadır. Bir müddət bundan əvvəl ətrafında "mavilər koridoru" deyilən məsələ yaranan Ə.Kərimov, bu "məsələdən" yararlnmağa çalışırdı. Amma bu da fıs çıxandan, yəni, Aqil Xəlilov Parisə "uçandan" sonra "Yurd" şefi yenə köhnə problemlərin əlində girov qalıb. Yəni A.Xəlilov məsələsi AXCP (i) daxili münaqişələri ört-basdır edirdisə, artıq o da yoxdur və məsələlər ciddiləşir. Belə ki, bir müddət əvvəl, köhnə "Yurd"çuları təmizləyib yeniləri ilə əvəzləmək istəyən Ə.Kərimov kəskin təpki ilə üzləşdi və bütün "Yurd" funksionerləri ona qarşı "bunt" qaldırdılar. Ə.Kərimov üçün ən təhlükəlisi o idi ki, ona qarşı çıxanlar arasında yaxın çevrəsi təmsil olunurdu. Hazırda isə situasiya tamamilə qəlizləşib. Belə ki, partiya funksionerləri ondan ilin sonuna qədər qurultay keçirməyi, yeni strukturları təşkil etməyi və parlament seçkilərinə qədər müxalifətdə yürütdüyü yanlış siyasəti dəyişdirməyi tələb edirlər.
Hətta bu məsələnin hər həftə keçirilən mərkəzi aparat iclaslarında kəskin müzakirəyə çevrilməsi də bildirilir. Məsələ hətta o səviyyədədir ki, bir sıra partiya funksionerləri partiyanın diktatura rejimi ilə idarə olunduğunu iclaslarda səsləndirməyə başlayıblar. AXCP (i)-dəki mənbə isə qeyd edir ki, vəziyyətdən çıxış yolu və narazı "Yurd" funksionerlərini sakitləşdirməyə çalışan Ə.Kərimov, partiya funksionerlərini ayrı-ayrılıqda yanına çağıraraq, onları "razı" salmağa çalışır. Hətta o, narazı funksionerlərə gələn il qurultay keçiriləcəyi təqdirdə, partiya strukturlarında daha böyük vəzifə vəd edir.
Bunu bildirən mənbə deyir ki, artıq partiya dəhlizlərində bu məsələyə görə ciddi narazçılıqlar var və belə görünür ki, "Yurd"çular Ə.Kərimovun bu addımını narazı qüvvələri parçalamaq istəyi kimi qəbul edirlər. Yaxın günlərdə partiyada bu məsələnin aktuallaşacağı və ciddi qarşıdurma vəziyyəti alacağı bildirilir. Çox güman ki, partiyadakı situasiya Ə.Kərimovu yeni yollar axtarmağa, ən əsası isə, köhnə "Yurd"çulardan canını qurtarmağa çalışacaq. Yoxsa onlar Ə.Kərimovun axırına çıxacaqlar.