PDF Oxu

Müxalifət

  • 10

Müxalifətin birlik ideyası baş tutmadı

Müxalifətin birlik ideyası baş tutmadı
Azərbaycanın müxalifət düşərgəsində anormal proseslər baş verməkdədir. Müxalifətin gözəl-göyçək "bəy"ləri olan Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, "ACP" adlı heç bir fəaliyyəti olmayan partiyanın formal lideri Rəsul Quliyev, AMİP lideri Etibar Məmmədov, ALP-nin hələ siyasi mövqeyi bəlli olmayan, dostu ilə düşmənini ayırd edə bilməyən sədr əvəzi Əvəz Temirxan və qeyriləri təmsil olunduqları düşərgəni elə bir vəziyyətə - pis günə salıblar ki, bu düşərgənin gələcək uğurlarına ümid etmək ağılsızlıq olardı. Yəni, quruyan ağaca nə qədər su töksən də, əmələ gələn deyil. Belə ki, radikal müxalifətin solğun ağacı indi ümumiyyətlə quruyub. Bu ağacın qurumasının da səbəbkarı o ağacda oturan "bəy"lərdir. Düşərgəni viran qoyan "ağa"lar öz oturduqları ağacı baltaladılar. Düşündülər ki, bu, bəlkə onlara siyasi dividend qazandırdı. Amma bədbəxtlər bilmədilər ki, onların digərlərinə qazdığı quyuya elə özləri düşəcəklər. Bu da onların "siyasi savadından" irəli gəlir. Yazıqlar olsun "bəy"lər, sizə. Siz hakimiyyətdə olduğunuz müddətdə xalqa müharibə, zülm, aclıqdan başqa, nə vermisiniz ki, indi də onlardan dəstək istəyirsiniz? Dəvənin quyruğu yerə dəyəndə, xalq da sizə dəstək olacaq. Bəlkə, nə vaxtsa dəvənin quyruğu yerə dəydi, ancaq siz hakimiyyətə gəlməyəcəksiniz. Çünki ölkə vətəndaşları siyasət aləmində quyruq bulayan radikal müxalifəti yaxşı tanıyır.
Hər seçki öncəsi İ. Qəmbərov, Ə. Kərimov və tipdə olan "bəy"lər bir blok yaradaraq, özlərini gündəmdə saxlamaq istəyirlər. Lakin hər dəfə də bu arzuları ürəklərində qalır. Səbəb aralarında birliyin olmamasıdır. Hər biri özünü düşərgədə "ağa" kimi aparır. Necə deyərlər, sən ağa, mən ağa, inəkləri kim sağa?! İnəkləri sağmağa da yaramayan bu siyasi oyunbazlar özləri öz əməllərinin qurbanına çevriliblər. Bəlkə də İsa, Əli, Rəsul, Etibar, Əvəz "bəy"lər özləri də fəaliyyətsizliklərindən beziblər. Əgər belə deyilsə, əfsuslar olsun. Çünki o insan böyükdür ki, şəxsiyyətlərinə hörmət etməyi və öz hərəkətlərinə qiymət verməyi bacarsınlar. Ancaq ölkəmizin müxalifət "bəy"ləri öz hərəkətlərinə qiymət vermək əvəzinə, öz "yoldaşlarını" ittiham edirlər. AXCP (i)-nin sədri və "Yurd" şefi Ə.Kərimov Müsavat rəhbərliyini kəskin tənqid (hətta təhqir etməkdən belə çəkinməyib) edib. O bildirib ki, İ. Qəmbərov bir partiyanı idarə edə bilmir, amma müxalifətin lideri olmaq istəyir. "Hətta bəzi yerlərdə İsa "bəy" özünü müxalifətin "ağa"sı kimi aparır. O, bu əməllərindən çəkinməlidir"-deyə AXCP (i) sədri qeyd edib. Müsavat rəhbərliyi də Əli "bəy"in ittihamını cavabsız qoymayıblar. Adıçəkilən partiyanın funksioneri Arif Hacıyev mətbuata açıqlamasında bildirib ki, müxalifət düşərgəsinin bugünkü vəziyyətə düşməsində Ə. Kərimov günahkardır. "Azərbaycan müxalifətinin məğlubiyyəti, uğursuzluqları, birləşə bilməmsinin səbəbkarı AXCP (i) sədri Ə. Kərimovdur".
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, müxalifətin birləşmək arzusu bu dəfə də baş tutmadı. "Yazıq bəy"lər gərək siyasətdən gedəydilər. Nə qədər tez getsələr yaxşıdır. Mövzuya yenidən qayıdacağıq.

Digər xəbərlər