Müxalifətin sonuncu dilemması
Getdikcə dağınıqlıq içinə girən, qrant bataqlığında boğulan, parçalanmalardan və didişmələrdən başı ayılmayan, sosial bazasını tamam itirən və seçkiqabağı gücsüz duruma düşən müalifətin radikal siyasi mübarizə meydanından yayınmaqla rüsvayçılıqdan yaxa qurtarmaq, digər hissəsi isə bələdiyyə seçkilərində iştirak edib heç olmasa 5-3 faiz səs yığaraq ölkənin əsas siyasi qüvvəsinə çevrilmək arzusu ilə yaşayır. Hətta düşərgə daxilində "çay gəlməmiş çırmanan" liderlər də var.
Ötən il seçkidə iştirakdan yayınan bir neçə "siyasi" partiya bu günlərdə "bir araya" gələrək birgə fəaliyyətlə bağlı sənəd imzalayıb. Guya bunlar hələ birgə aksiya-filan da keçirəcək. Müsavat partiyası isə, hələ də köhnə əyyamların xəyalı ilə yaşayır. Hansı ki, 8-9 il öncə bir neçə min adamı aldadıb və ya pulla ələ alıb küçələrə tökürdülər. İndiki böhran vəziyyətində partiya yenidən həmin taktikaya əl atmaq fikrindədir.
Uzun müddətdir ki, qış yuxusuna gedən Müsavat sanki birdən ayılıb görüb ki, meydanı tamam başqa qüvvələr ələ alıblar. Bir yandan da "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu probleminin ortaya çıxması bütün siyasi düşərgəni Müsavata qarşı qaldırıb. Çünki bu gün Müsavat müxalifət düşəgəsində ciddi qüvvə kimi qəbul edilmir.
Beləliklə, ən böhranlı dövrünü yaşayan Müsavat oyundankənar vəziyyətdə qalıb. Odla suyun arasında qalan İ.Qəmbərovun apardığı siyasəti səviyyəsiz və düşünülməmiş siyasət adlandıran müsavatçılar bələdiyyə seçkiləri ərəfəsi bunun bir daha şahidi olacağını bildiriblər. Vurğulayıblar ki, boykot radikalları siyasi ölümə, seçkidə iştirak isə real məğlubiyyətə aparır. Bu qurumda təmsil olunan partiyalar boykot qərarını dəyişməli və özləri ilə bərabər daha bir neçə partiyanı "zibilə" salmaqdan uzaqlaşmalıdırlar. Radikallar bələdiyyə seçkiləri ərəfəsi də bəhanələri "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlıdır. Lakin bu da aydındır ki, bu qanuna əlavə və dəyişikliklər edilərsə belə, yenə də radikal müxalifət öz mövqeyini dəyişməyəcək. Bu, onu göstərir ki, bu haqda qərar xarici dairələrdən gəlir və radikal partiya rəhbərlərinin heç bir şəraitdə qərarı dəyişməyə imkanı yoxdur. Yəni, radikal liderlər odla suyun arasında qalıb. Guya köhnə məcəllə pis imiş. Adamdan soruşarlar ki, bəs onda keçən seçkilərdə niyə iştirak edirdiniz? Bəs necə oldu ki, həmin məcəllə ilə demokratik seçkilər keçirildi və bunu ölkənin ictimai-siyasi qurumları və beynəlxalq təşkilatlar da təsdiq etdi?
Göründüyü kimi, radikalların bəhanələri əsaslandırılmış arqumentlər deyil, bu xalqın dəstəyini qazana bilməməkdir. Bu səbəbdən də, seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək. Bunu artıq düşərgə təmsilçiləri dəfələrlə qeyd ediblər.