PDF Oxu

Müxalifət

  • 6

Rəsul Quliyev “ACP” liderliyindən imtina edib

Rəsul Quliyev “ACP” liderliyindən imtina edib
Azərbaycanın müxalifət partiyaları artıq "cırtdan" quruma çevriliblər. Həmişə qeyd etdiyimiz kimi, bütün bunlara görə günahkar, təbii ki, həmin partiyaların sədrləridir.Bunu özləri də bilirlər. Lakin belə olduğu tədqirdə, onlar partiya fəaliyyətlərini dondurmurlar.
Görəsən, Müsavat başqanlarından biri olan (çünki partiyada bir neçə başqan var) İsa Qəmbərov, AXCP (i)-ni viran qoyan "Yurd" şefi Əli Kərimov, heç bir fəaliyyət göstərməyən "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, adı var, özü yox- "ACP" lideri Rəsul Quliyev nə vaxt müxalifət düşərgəsi ilə vidalaşacaq? Axı, nəinki sadə vətəndaşlar, hətta radikal müxalifət partiyalarının üzvləri də onlardan imtina ediblər. Artıq düşərgədə it yiyəsini tanımır. Rauf Arifoğlunun "Yeni Müsavat" qəzetində özünə başqan hesab edən İ.Qəmbərov əleyhinə yazılar dərc etdirməkdədir. Qəzetdə Müsavat rəhbəri fəaliyyətsizlikdə ittiham olunur və onun tezliklə əvəzlənəcəyi qeyd olunur. Hətta yeni namizədlər arasında iqtisadçı-ekspert Qubad İbadoğlunun da adı hallanır.
Acınacaqlı vəziyyətin davam etdiyi partiyalardan biri də R. Quliyevin lideri olduğu "ACP"-dir. Akif Şahbazovun partiya sədrliyindən imtina etməsindən sonra "ACP"-yə Vidadi Mahmudov sədr gətirildi. R.Quliyevin müşaviri Zəminə Dunyamalıyeva bunu partiyanın nizamnaməsinin pozulması kimi qiymətləndirdi. O, həmçinin, V.Mahmudovu qeyri-peşəkarlıqda, "ACP" liderini isə bütün bunlara göz yummaqda suçlayır. Bütün bunların onu deməyə əsas verir ki, adıçəkilən partiyada it yiyəsini tanımır. Z.Dünyamalıyeva özünü mətbuatda reklam etmək xatirinə partiydaşlarını ittiham etməkdən belə çəkinmir. R.Quliyev isə xaricdə kef çəkir. Yazıq 2-3 "ACP" üzvü isə əsir-yesir olublar. Eləcə də sual doğur ki, A.Şahbazov niyə partiya sədrliyindən uzaqlaşaraq, Biləsuvarda heyvandarlıqla məşğul olur? Birincisi, ona görə ki, Akif "bəy" gördü ki, R. Quliyev daha pul-para verən deyil. İkincisi, Z.Dünyamalıyeva ilə baş-başa gəlmək istəməməyidir. Ən rahat yol isə "ACP" sədrliyindən istefa verərək, rayona getməkdir.
Beləliklə, Rəsul "bəy" də "ACP" ilə maraqlanmır. "O, bu partiya mənlik deyil. Kimi sədr seçirsiniz, neynirsiniz, özünüz bilərsiniz"-deyə R.Quliyev qeyd edib.

Digər xəbərlər