PDF Oxu

Müxalifət

  • 10

Eldar Namazov qorxuya düşüb

Eldar Namazov qorxuya düşüb
Bir çox mətləblərdə ümumi müxalifət tərəfindən də hay-küylə qarşılanan "Azərbaycan Naminə İctimai Forum"un prezidenti Eldar Namazov da artıq fırıldaq içində itib-batıb. Heç bir halda cəmiyyətdən özlərinə dəstək görməyən və ümumiyyətlə, ictimai münasibətlərə sığışmayan təşkilatlardan biri olan "ANİF" təkcə E.Namazovun istək və arzularının təcəssümü kimi təşəkkül tapıb. Əgər belə olmasaydı, bu təşkilatda hər hansı bir işdə nümunə olardı.
Amma görünür ki, müxalifət düşərgəsindən təlim-tərbiyə almış Eldar və onun təşkilatı da düzgün yola gələsi deyil. Çünki hər vəchlə öz maraqlarını güdən bu adamlar nə cəmiyyəti, nə də ki, onun üzvlərini düşünürlər.
Elə bu səbəbdən də, onların düşmüş olduqları durum heç özləri üçün də məlum deyil. Hər zaman kənar təsirlərin tabeçiliyində olan müxalifət qüvvələri nə zaman müstəqil qərar verdilər ki, cəmiyət də bunların arxasınca getməli olsun. İstənilən məqamda öz vətənini və xalqını satmağa hazır olanlardan nə gözləmək olar? Bu işdə isə müxalifətə Azərbaycanın bugününü və gələcəyini istəməyən qüvvələr daim yardımçı olublar. Sadəcə olaraq, bizim bu başıxarab müxalifətçilər də onların şirin dilinə və cib dolu pullarına aldanaraq, nə etdiklərinin fərqində deyillər. Əgər bu işdən onlar nəsə qansaydılar, yəqin ki, indi müxalifətin ümumi vəziyyəti heç də bu cür olmazdı. Xarici asılılıq və maraqlar müstəvisində daha çox iş görən müxalifətçilərdən biri də yuxarıda sadaladığımız kimi "ANİF" prezidenti E.Namazovdur. Onun işi-gücü ancaq kimlərinsə ətəyindən yapışıb pul qoparmaqdır. Bu istiqamətdə isə E.Namazova yardımçı olan Avropa ölkələrində oturmuş missioner təşkilatlardır. Hər vəchlə istənilən regionda öz əlaltılarını saxlamağa çalışan bu tip təşkilatlar E.Namazov kimilərinin varlığından istifadə edirlər. Bu işlərin qarşılığında isə külli miqdarda vəsait əldə edən "ANİF" prezidenti daha geniş "anlamda" əl-qol açmağa çalışır. Elə bu məqsədlə də E.Namazov qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etməyəcəyi barədə qarar verib. Onun hələ prosesin başlanğıcında belə bir qərar verməsi isə daha gizlin işlərin aşkar məqamlarından xəbər verir. Guya qarşıdan gələn seçkilərdə işi başından aşacağı təqdirdə, belə bir vəziyyəti idarə etməyə çətinlik çəkəcəyini bəhanə edən E.Namazov, əslində, nə kimi işlərlə məşğul olduğunu bir daha cəmiyyətə sübut etdi. Əslində, nəinki ki, Eldar kimilərinin, heç ondan yüzünün də, bundan sonra Azərbaycan reallığında yerinin olmadığı haqda bu cəmiyyətdə boğazdan yuxarı danışmağın vaxtı çoxdan keçib. Ona görə də, müxalifət düşərgəsində olanların və olacaqların hələ bundan sonra daha gülünc nəticələnəcəyi gözlənilir.

Digər xəbərlər