PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərov yoxa çıxıb

İsa Qəmbərov yoxa çıxıb
Mənsub olduğu partiyada özünə qarşı olanlara və olacaqlara tab gətirə bilməyən Müsavat başqanı, nəhayət ki, çıxış yolu tapa bilib. Yay fəsli, isti havaların keçməsini bəhanə gətirərək, naməlum şəraitdə paytaxtı tərk edən İ.Qəmbərovun, hələlik, harada olduğu barədə bir məlumat yoxdur. Maraqlısı odur ki, Müsavat başqanı az bir müddət öncə aralığı qataraq düşərgədə özünə qarşı olanları yenidən hərəkətə gətirmişdir.
Məlum faktdır ki, xuliqanlıq maddəsi ilə göz altına alınan Adnan Hacızadədən və Emin Abdullayevdən özü üçün qondarma fiqur düzəltməyə çalışan Müsavat "şeyi" soradan bu məsələnin birbaşa maraqlarına ziddi olduğunu müəyyənləşdirdikdən sonra hər şeydən geri çəkilmək barədə qərar verməli olub. Həmin hadisədən sonra təsisçisi olduğu qəzetdə də bir sıra yalan informasiyalar yaydığına görə, hətta sıravi müsavatçının belə ona qarşı olduğunu yəqin edən İ.Qəmbərov başını bir müddət bu olaylardan gizlin tutmağın yolunu tapıb. Üç gün öncə Müsavat başqanının heç kimə, heç nə demədən naməlum istiqamətdə ünvanlandığı barədə məlumatlar yayılmağa başladı. Bu istiqəmətdə biz də müəyyən araşdırmalar aparmağa başlasaq da, sonradan İ.Qəmbərovun Türkiyənin Bodrum şəhərində çimərlikdə istirahət etdiyi barədə məlumatlar əldə etdik. Onun mənsub olduğu partiyadan isə bu məsələ ilə bağlı, hələlik, bir mövqe bildirən olmadı. Nədən Müsavatdakılar başqanlarının qeyri-adi şəraitdə yoxa çıxmalarını bildirir və sonradan isə hər şeyi gizlədirlər, bu, çox müəmmalıdır. İlk növbədə, yayın qızmar istisində istənilən dəniz sahilində çimib istirahət etmək hər kəsin haqqıdır. Heç kəs bu işə görə, heç kimə "qaşın üstündə gözün var" demir. İ.Qəmbərov da hər nə olsa bir Azərbaycan vətəndaşıdır. Onun Bodrumda və yaxud Novxanı çimərliyində istirahət etməsi halal haqqıdır. Qaldı ki, bu məsələni bir cür yozub, sonradan gizlədəsən, bu isə, tamam başqa məsələdir.
Müsavat başqanına istirahətində "iyi əyləncələr" arzulayırıq. Amma onun partiyasında indi hər avaz üstə bir mahnı oxunur. Yəqin ki, elə İ.Qəmbərov da elə bu qarışıqlıqdan başını bir balaca dinc saxlamaq üçün aradan çıxıb. Burada Qəmbərovun əl-üzünü yumaq fikrimiz yoxdur. Sadəcə olaraq, istirahətə gedirsən, yoxsa cəhənnəmə, özün bilərsən, gedəndə bir de get də. Ürəyimiz xarab olmuşdu. Biz də narahat olduq, dedik, görəsən, "kişinin" başına nə iş gəlib? Ona görə də, indi müsavatçılar başda Rauf Arifoğlu olmaqla düşərgədə at oynatmaqla məşğuldurlar. Doğrudur, İ.Qəmbərov partiyada olanda da ona kimsə məhəl qoymurdu. Çünki artıq bütün nüfuzunu itirmiş İ.Qəmbərov bir balaca kənara çıxan kimi, əks təbliğat daha geniş anlamda işə düşür. Hər bir məsələdə İ.Qəmbərovun ağzına vuran müsavatçılar onun olmamağından istifadə edib indi daha geniş anlamda iş görməyə çalışırlar. Lap bu yaxınlarda partiya üçün yeni başqanın gətiriləcəyini iddia edənlər, deyəsən, fikirlərində yanılmayıblar. Müsavat başqanının yerində olmaması və konkret səbəb göstərmədən naməlum istiqamətə ünvanlanması da bu məsələdə maraqlı olanların dəyirmanına su tökmüş oldu. Artıq tam real şəraitin yetişdiyini yəqin edən İsasevməzlər, R.Arifoğlunu başqanlığa gətirmək barədə əl-ayağa düşüblər.
Uzun sürən Müsavatdaxili didişmələrdən cana gəlmiş əksər müsavatçılar isə yeni bir iş görmək fikrində tam qərarlıdırlar. Yenilik isə, İ.Qəmbərov öz yerinə qayıdana kimi, bu məsələni həll etməkdən ibarətdir. Çoxdandır başqanlıq arzusunda olan R.Arifoğlu isə bərk əl-ayağa düşüb. Bir müddət öncə, partiya dixilində ona mühüm vəzifənin verilməsini tələb edən Rauf "bəy", sən demə, başqanlıq arzusunda imiş. Onun belə bir iddiaya düşməsi isə rəhbəri olduğu qəzetin bütün işini İ.Qəmbərova qarşı yönəldib. Bir balaca imkan düşən kimi, Müsavat şefini daşa tutan R.Arifoğlu istəyindən belə asanlıqla dönənə də oxşamırdı. Hətta iki ay öncə öz qəzetinə verdiyi müsahibəsində Müsavatda maraqları təmin olmayacağı təqdirdə, yeni bir partiya yaradacağını bildirmişdi. İndi isə onun əlinə "gözəl" imkan düşüb. İsa yerində yoxdu, Rauf iştahatya düşüb. Bu isə, ümumilikdə, Müsavat partiyası üçün daha acınacaqlı halların baş verməsinə yeni imkanlardır.

Digər xəbərlər