PDF Oxu

Müxalifət

  • 9

AXCP (i) ilə “KAXCP” -nin köhnə ədavəti təzələnir

AXCP (i) ilə “KAXCP” -nin köhnə ədavəti təzələnir
Uzun müddətdir ki, AXCP (i)-nin pərən-pərən düşmüş qolları arasında yaranmış münaqişə hələ də səngimək bilmir. AXC lideri Əbülfəz Elçibəyin vəfatından sonra buradakı şəxslərin şəxsi ambisiyalarını açıq şəkildə ortaya qoymaları, partiyanı bir neçə qola ayırmaları, sonda AXC-nin fəaliyyətinə "nöqtə" qoydu. Məhz adıçəkilən qurum dağıldıqdan sonra, onun yerində AXCP (i), "KAXCP", BAXCP, Böyük Quruluş, "Aydınlar" kimi partiyalar yaranmağa başladı və bundan sonra da, görünür, hələ yaradılması nəzərdə tutulan neçə-neçə qurumlar mövcud olacaq. Həmçinin, digər tərəfdən, buradakı qüvvələr düşmənçilik prinsipi ilə bir-birindən ayrılmalı oldular.
Doğrudur, hələ indiyədək kimsə AXC-in parçalanmasını boynuna götürməsə də, fakt ondan ibarətdir ki, bu, baş verib. Əsas məqam isə tamam başqa mətləblərin üstünə işıq salmış olur. Çünki məhz Ə.Elçibəyin vəfatından sonra indi pərən-pərən düşmüş qüvvələr, bir-birini ona xəyanət etməkdə suçlamağa başladılar və bu suçlamalar bu gün də qalmaqdadır. Amma heç kəs irəli durub, əsil həqiqəti söyləmək istəmir. Bəlkə də, elə bu səbəbdəndir ki, AXC-nin keçmiş üzvləri bir-birinin eyiblərini bildiklərinə görə, belə bir addım atmaqdan boyun qaçırırlar.
Digər bir fakt isə ondan ibarətdir ki, bələdiyyə seçkilərinin vaxtı azaldıqca az qala bir-birilərinin ətini yeməyə hazır olan cəbhəçilər, yaratmış olduqları qurumları da qarşı-qarşıya qoymaqla ürəklarinin odunu söndürə bilmirlər. Bariz nümunə kimi dəfələrlə "KAXCP" və AXCP (i) qərargahlarında cəbhəçilərin əlbəyaxa olmaları, qanlı düşməçilik münasibətlərindən çıxış edərək bir-birlərinə olmazın söyüş və təhqirlər yağdırmaları sübut edir ki, onların nə vaxtsa, normal münasibətdə olacağını söyləmək qeyri-mümkündür.
AXCP (i) sədri Əli Kərimovla "KAXCP" sədri Mirmahmud Fəttayev arasında yenidən qızışan ədavət də, məhz bu prinsiplərə söykənir. Bir-birini gözü görmək istəməyən şəxslər, indi daha açıq formada mübarizə metodu seçiblər. Artıq on ilə yaxındır ki, bu iki şəxs arasında qanlı düşmənçilik açıq və qapalı formalarda davam etdirilir.
Doğrudur, tərəflər müəyyən bir müddət öz marqlarına xidmət edən məqamlarda sakit fəaliyyət prinsipinə üstünlük vermişdilərsə, indi bu sabitlikdən əsər-əlamət qalmayıb. Çünki yenicə yaradılmış olan "Respublika" və "Qarabağ" təşkilatlarına üzvlərin toplanması Ə.Kərimovla M.Fəttayevi yenidən qarşı-qarşıya qoyub. Ona görə də, onların bu mübarizəsi artıq kəskin şəkil alıb.
"KAXCP" sədri M.Fəttayev dəfələrlə Ə.Kərimovun siyasətdən uzaq, tamam başqa yuvanın quşu olduğunu bildirib. Hətta "KAXCP" üzvləri açıq formada və partiya toplantılarında Ə.Kərimovun adı çəkildikdə, "lənət olsun şeytana" ifadəsini işlədərək, "Yurd"u şeytan yuvası adlandırırlar. M.Fəttayev və digər müxalifət funksionerləri də AXCP (i)-də olan funksionerləri və onların şefi Ə.Kərimovu şeytan qədər hiyləgər olduğunu dedilər. "KXCP"-dən bizə verdikləri məlumatlarında da bildirdilər ki, Ə.Kərimovla birlikdə olduğumuz illərə görə özümüzü lənətləyirik: "Çünki "Yurd" şefi Ə.Kərimov və digər şeytan cildinə girənlərin bugünkü uğurlara necə qısqanclıqla yanaşdığının dəfələrlə şahidi olmuşuq. Buna görə də, funksionerlər bu şeytanlarla birlikdə olduğumuza görə özümüzü günahkar hesab edirik".

Digər xəbərlər