PDF Oxu

Müxalifət

  • 10

Absurd bir məsələ ortaya çıxıb

Absurd bir məsələ ortaya çıxıb
Bu günlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda atdığı addımlar danılmazdır. Son bir ay ərzində Azərbaycana müxtəlif dövlət başçıları və beynəlxalq təşkilat sədrlərinin səfəri zamanı da bu nəzərə çatdırılır.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu dövlət başçıları ilə keçirdiyi görüşlər və bu görüşlərdə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ konfliktinin qabardılması, bu münaqişənin ən düzgün tərəflərinin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm rol oynayır. Əlbəttə, bu dövlətlərin tərəfindən də Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir. Belə intensiv görüşlərin keçirildiyi və problemin həlliinə bu qədər az vaxtın qaldığı bir zamanda, Azərbaycanın daxilində olan bəzi qüvvələr bunu əngəlləmək və ictimaiyyət arasında yanlış rəy yaratmaq uğrunda mübarizə aparırlar. Onların apardığı kampaniya nəinki ictiamiyyəti çaşdırmaq məqsədi güdür, həmçinin, Azərbaycanın ərazi bütövlüyünə də şübhə ilə baxanlara müəyyən qədər rəvac vermiş olur. Özlərini müxalifət adlandıran, müxtəlif partiya və ya ittifaqlarda birləşən bir qrup şəxs öz fikirlərinə haqq qazandırmaq məqsədilə hətta müəyyən müzakirələr, forumlar keçirir.
Buna misal olaraq, dünən Azadlıq partiyası və "Demokratiya Uğrunda İttifaq"ın birgə təşkil etdiyi toplantını misal göstərmək olar. Toplantıda iştirak edən müxalifətçilər bu dəfə də öz qeyri-obyektiv fikirlərini sələndirmələri ilə yadda qalıblar. Ümumiyyətlə, hazırda Azərbaycanda mövcud olan müxalifət istər hakimiyyətdə olarkən, istərsə də müxalifətdə olduğu vaxtda heç bir iş görmədiyini, Qarabağ problemi ilə əlaqədar heç bir paltforma irəli sürmədiyini nəzərə almayıb, hazırkı iqtidarın gördüyü işləri kölgədə qoymaq missiyasını yerinə yetirir. Mirmahmud Fəttayev, Akif Nağı, Əhməd Oruc, Pənah Hüseynov kimi Dağlıq Qarabağın həllinin əldə olunmasında heç bir iş görməmiş şəxslərin bu gün müxtəlif ittihamlar irəli sürərək iqtidarı tənqid etmələri heç də ağlasığan görünmür. Əhali arasında heç bir nüfuza malik olmayan bu şəxslərin belə bəyanatlarala çıxış etmələri artıq heç kəsdə maraq doğurmur. Çünki hər şeydən öncə, bu fikirlər ölkədə olan obyektiv reallığı əks etdirmir. Ölkədə mövcud olan sabit siyasi vəziyyət və yeridilən balanslaşdırılmış xarici siyasət artıq hamı tərəfindən qəbul edilir. Ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda gördüyü işlər və qəbul etdiyi qərarlar da vəziyyətin ən doğru şəkildə əks etdirilməsini təmin etmiş olur.

Digər xəbərlər