İsa Qəməbrovun Avropaya müəmmalı səfərləri davam edir
Radikal müxalifət liderlərinin tez-tez Avropa ölkələrinə səfər etmələri müəyyən şübhələrə səbəb olur. Görəsən, ölkə daxilində fəaliyyət göstərməyən "bəy"lərin xarici ölkələri "ziyarət" etmələrinin səbəbi nədir? Özlərinin də dediyi kimi, onların Avropaya səfərlərinin məqsədi siyasi xarakter daşımır.
Deməli, burada gizli məqamlar var. Nəzərə almaq lazımdır ki, xarici ölkələrdə Azərbaycanı, xalqımızı istəməyən qüvvələr yetərincədir. Məlumata görə, ölkəmizdə fəaliyyət göstərən bəzi təşkilatlar onlarla əməkdaşlıq edir. Müxalifət nümayəndələri arasında da elələri var ki, onlar Azərbaycana fərqli münasibət bəsləyən qüvvələrlə iş birliyi qururlar. Sözsüz ki, Azərbaycan müxalifət liderlərindən ən çox xarici səfərlər edən özünü "ana müxalifət" adlandıran Müsavat başqanı İsa Qəmbərovdur. Özü də başqan son zamanlar xaricə, bir neçə dəfə də Türkiyəyə (nəzərə almaq lazımdır ki, adıçıkilən ölkədə xeyli erməni çalışır) səfərlər edib. Başqan növbəti səfərlərini Rusiya və Avropa ölkələrinə edib. Məlumat üçün qeyd edək ki, Müsavat başqanı son vaxt Rusiya Federasiyasına, oradan Qərb ölkələrinə səfər edərək, guya danışıqlar aparır. Əslində, bu səfərlərin arxasında bir neçə məsələ dayanır:
1. Başqan bu hərəkəti ilə müxalif "bəy"lərə nümayiş etdirmək istəyir ki, onun nüfuzu digərlərindən daha çoxdur. İ.Qəməbərov həm də bu hərəkəti ilə mehriban düşməni olan AXCP (i) sədri Əli Kərimova göz dağı verir.
2. İsa "bəy"in xaricə etdiyi əsas səbəblərdən biri də xarici ölkələrədə özünə donor axtarmaqdır. Ümumiyyətlə, üzdəniraq xarici donorların hörmətini və onların pullarını əldə etmək üçün gərək öz ölkənin "ağır vəziyyəti" barədə xarici cənablara məlumat verəsən və s.
Beləliklə, bütün bunlardan belə aydın olur ki, başqanın xarici səfərlərində xalq, dövlətçilik mənafeyi nəinki birinci, ümumiyyətlə, heç bir yer tutmur. Tək İ.Qəmbərov deyil, digər radikal "bəy"lər də xalqın mənafeyini müdafiə etmir. Əgər onlar bircə an da xalqı düşünsəydilər, ölkə vətəndaşları onlara etimad göstərərdilər. Onlar üçün şəxsi maraqlar hər şeydən üstündür.