PDF Oxu

Müxalifət

  • 14

“ACP” dağılır

“ACP” dağılır
Artıq müxalifət daxilində parçalanma və partiyaların sədrsiz qalması dəbə düşüb. Belə ki, son illər Etibar Məmmədovun AMİP sədrliyindən istefa verərək, özünü partiyanın lideri elan etməsi, "MBH" lideri Lalə Hacıyevanın ALP sədrliyindən istefa verməsi və hər iki partiyanın sədrsiz qalması buna əyani sübutdur.
İndi isə növbə varlığı ilə yoxluğu bilinməyən Rəsul Quliyevin lideri olduğu "ACP"-dir. Belə ki, adıçəkilən partiya artıq məhv olmaq təhlükəsi ilə üz-üzə dayanıb. Yəni, bir vaxt ADP-dən parçalanaraq, yeni partiya yaradanlar "ACP"-dən üz döndərirlər. Partiyanın sədri Akif Şahbazovun müavinləri ilə birgə partiyadan istefa vermələri, bir daha onu göstərdi ki, müxalifət yalnız pul xatirinə biri-birilərinə (o cümlədən, liderlərinə) "hörmət" bəsləyirlər. Necə deyərlər, "bağda ərik var idi, salam-məleyküm də var idi".
R.Quliyevin daha partiyadaşlarına pul göndərməməsi "ACP"-nin funksionerlərinin tam şəkildə istefası ilə nəticələndi. Bunun digər səbəbi isə adıçəkilən partiyanın daxilində yaranmış gərginlik və mübarizə ilə əlaqədardır. Belə ki, partiya liderinin müşaviri Zəminə Dünyamalıyeva ilə A. Şahbazov arasında münaqişə birincinin "qələbəsi" ilə nəticələndi. Əslində, "ACP"-nin təsərrüfatçı sədri A. Şahbazov ümumiyyətlə, heç vaxt partiya işləri ilə məşğul olmayıb. O, Biləsuvar rayonunda mal-qara saxlamaqla məşğul idi. Bundan əlavə, bir müddət öncə xəbər vermişdik ki, Z. Dünyamalıyeva özü partiya sədri olmaq istəyir və onun partiyanın sədrliyi ilə mübarizəsi də bununla əlaqədardır.
Hazırda partiyanın sədr səlahiyyətini "ACP"-nin Ali Məclis sədri Vaqif Mahmudov icra edir. Məlumata görə, Z. Dünyamalıyeva partiya lideri R.Quliyevin qarşısında şərt qoyub ki, ya A. Şahbazov sədrlikdən getməli, mən sədr olmalıyam, ya da mən öz tərəfdarlarımı götürüb, "ACP"-dən gedirəm. Təbii ki, Rəsul "bəy" xanım müşavirin öz tərəfdarları ilə birgə adıçəkilən partiyadan getməsini istəmirdi və nəticədə "ACP"-nin sədri partiyadan uzaqlaşdırıldı.
Beləliklə, dəfələrlə qeyd etdiyimiz kimi, səmimiyyətdən uzaq, riyakar radikal partiyalara, hörmətin, onlarla əməkdaşlığın və dostluğun sonu yoxdur. Biz bunun artıq şahidinə çevrilirik. Yəni, sosial dayağı olmayan, ikiüzlü "bəy"lərin sədri olduğu bütün radikal partiyaların süqut mərhələsi başlayıb.

Digər xəbərlər