“Azadlıq” bloku Lalə Hacıyevanın əlindən çıxır
Uzun sürən müxalifətdaxili didişmələr və intriqalar artıq öz nəticəsini göstərməkdədir. Düşərgə daxilində olanlara heç kimin müdaxilə edə bilmədiyini nəzərə alaraq, müxalifətin ümumi mənzərəsi daha acınıcaqlı görünür. Bu baxımdan da, "Azadlıq" bloku və AXCP (i) arasında olanlar daha kəskin bir məcraya düşdüyündən, burada nə baş verməsindən demək olar ki, heç kimi xəbəri yoxdur.
Elə bu səbəbdən də, Əli Kərimov və Lalə Hacıyeva qarşıdurmasının prinsipial, məqsədyönlü tərəflərinə nəzər salmaq zərurəti yarandı. Artıq bir neçə ildir ki, hər iki şəxs üzərində bir təşkilat altında olduqlarını bəyan etsələr də, qaranlıqda nə iş gördüklərini hələ də heç kəs bilmir. Amma müəyyən bir müddət proseslərin üstündən keçdikdən sonra əsil həqiqətlər ortaya çıxır. Ona görə də, Ə.Kərimov və L.Hacıyeva "əməkdaşlığının", eyni zamanda, bundan sonrakı ədavətlərin qarşılığında hansı olayların olması barədə deyəcəklərimiz kifayət qədərdir. Maraqlı məqam isə ondan ibarətdir ki, Ə.Kərimov və L.Hacıyeva dünənə kimi "qardaş" idilər. Bəs nə oldu, onlar belə bir şəraitdə düşmən kəsildilər.
Əldə etdiyimiz məlumatlara əsasən, Ə.Kərimov AXCP (i)-yə sədrlikdən imtina edərək "Azadlıq" blokunu tamamilə öz əlinə keçirmək barəsində iştahaya düşüb. Digər bir xəbərdə keçmiş ALP lideri L.Hacıyevanın könüllü şəkildə təşkilatı Ə.Kərimova bağışladığı bildirilir. Bu məlumatların nə dərəcədə doğru və ya yanlış olması barədə, hələlik, bir fakt da ortada mövcud deyil. Amma bir həqiqət ondan ibarətdir ki, od olmayan yerdən tüstü çıxmaz deyib atalarımız. Bu səbəbdən də, bu iki şəxs arasında olanların təfərrüatlarını daha dəqiqliklə araşdırmaq bizim üzərimizə düşür.
Doğrudur, onların özləri və ətrafında olanlar bu istiqamətdə bir məlumat da sızdırmamağa çalışsalar da, əsil həqiqəti gizlətməyin mümkünsüzlüyü ortaya çıxır. Ona görə də, artıq kimsənin belə bir məlumatları təkzib edə biləcək gücü qalmayıb. Maraqlıdır ki, bu günə qədər nəyə görə, tərəflər bu və ya digər formada ortalığı qarışdırmaqla bütün diqqəti özlərindən yayındırmağa müvəffəq olublar. Eyni zamanda, müxalifət düşərgəsinə nəzarət etmək və buradakı durumu durmadan qarışıqlıqla müəyyən dövrə çatdırmaq, demək olar ki, tamamilə Ə.Kərimovla L.Hacıyevanın əlində idi. İndi isə müxalifətin başı bəlalılarının özləri bəlaya düçar olublar. Bu bəladan isə onların hansı formada sağ-salamat çıxması isə olduqca müəmmalıdır. Çünki müxalifətin "ağsaqqalı" və "ağbirçəyi" hesab olunanlar indi özləri-özlərinə qənim qəsilib. Məsələnin isə bu həddə çatması bir çox mətləblərin yenidən ortaya çıxmasına səbəb olur.
AXCP (i) sədrinin öz partiyasından imtina edib "Azadlıq" blokuna sahib çıxmaq barədə eşqə düşməsi və bunun qarşılığında L.Hacıyevanın da öz mövqeyini asanlıqla kimsəyə verməyəcəyi bir sıra qaranlıq məqamlara yenidən işıq salmış oldu. Onsuz da çürümüş müxalifət ideyaları ətrafında heç kimsənin olmadığını yəqin bilənlər, bu dəfə özləri-öz aralarında gərginlik və nifaq yaratmaqla cəmiyyətin diqqətinə səbəb olmağa çalaşırlar. Amma görünür, onların gülünc formada ortaya düşərək bu cür riyakar və çirkin əməllərə sövq edilməsi özlüyündə kimlərinsə dəyirmanına su tökmək kimi bir şeydir.